Kəlbəcərdə ilk bal süzümü aparılıb, bol məhsul əldə olunub
Kəlbəcər rayonundan olan arıçılar uzun həsrətdən sonra doğma yurdlarına qayıdaraq, burada yenidən öz təsərrüfatlarını qurublar.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin bir müddət öncə Qoçdaş yaylağına köçürülməsi həyata keçirilib. Pilot layihəyə uyğun olaraq seçilmiş kəlbəcərli fermerlərə və “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları üzrə 10 min baş xırdabuynuzlu heyvan və 500 arı ailəsi Daxili İşlər Nazirliyinin Kəlbəcər komendantlığı ilə birlikdə dislokasiya üzrə yerləşdirilib.
Qısa müddət keçməsinə baxmayaraq, Kəlbəcər balının yaylaqda ilk süzümü aparılıb və arı təsərrüfatlarında bol məhsul götürülüb.
Kəlbəcərə köçürülən arı təsərrüfatlarından birinin sahibi Oktay Hümbətovdur. O, sonuncu dəfə Kəlbəcərdən çıxanda 35 yaşı olub. Deyir ki, indi arı yeşiklərinin yerləşdirildiyi ərazidə 50 il bundan öncə atası da arı saxlayırdı. Bu gün isə o, yenidən Kəlbəcərdədir və atasından qalan peşəni davam etdirir.
“Çox qəribə hisslər keçirirəm. Sevinirəm ki, torpaqlarımız azad olunub, yurd yerlərimizə qayıtmışıq. Bir tərəfdən də kədərlənirəm ki, bu yerlərdən 28 il idi uzaq düşmüşdük. Çox şükür ki, artıq doğma yurdumuza qayıtmışıq. Mən bu yerlərin hər daşına, torpağına bələdəm. Çünki uşaqlığım, gəncliyim bu yerlərdə keçib. Əlli il bundan qabaq rəhmətlik atam bu yaylağa arı yeşiyi qoymuşdu”, - deyə o bildirib.
Təsərrüfatlar Kəlbəcər rayonuna köçürülərkən bitki örtüyünün zənginliyi, eləcə də çiçək açan ağac bitkilərinin üstünlük təşkil etməsi və geobotaniki potensialı nəzərə alınıb. Vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 1000 arı ailəsinin də köçürülməsi perspektiv fəaliyyət planına salınıb. Bununla əlaqədar seçilmiş ərazi və sahələr üzrə bir daha monitorinq aparılacaq, risklər qiymətləndirildikdən sonra dislokasiya üçün koordinatlar müəyyən edilib xəritələnəcək.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, təsərrüfatlar Kəlbəcər yaylağına köçürülərkən ərazinin risk amili dəyərləndirilib və dislokasiya yerləri müəyyən olunub.
“Kəlbəcərdə arıçılığın böyük potensialı var. Burada bal 3 dəfə süzülür. Lakin arı ailələri Kəlbəcərə may ayında deyil, iyun ayında köçürüldüyünə görə, ola bilsin ki, bu il bal süzümü iki dəfə olsun. Arı təsərrüfatlarının bu yerlərə köçürülməsindən təxminən 3 həftə keçməsinə baxmayaraq, digər bölgələrimizdən fərqli olaraq, artıq bal süzümünə başlanılıb. Kəlbəcər balı keyfiyyətinə - həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə malikdir. Dünyada nadir ballardan biridir. Bu, ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Onu da deyim ki, Azərbaycanda 640-dan çox dağ-çəmən, yaylaq bitkisi var. Onun da 520-dən çoxu Kəlbəcər yaylaqlarında bitir. Özünüz təsəvvür edin, burada arıların məhsullarının tərkibi nə qədər keyfiyyətlidir. Bu baxımdan əminliklə demək olar ki, Kəlbəcər balı dünyada bir çox bal növləri ilə rəqabət apara bilər”, - deyə V.Hüseynov əlavə edib.
Onun sözlərinə görə, gələcəkdə Kəlbəcər balının dünya bazarına çıxarılması da planlaşdırılır.
Qeyd edək ki, təsərrüfatlar Kəlbəcər yaylaqlarına köçürülməzdən əvvəl fermerlərin, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə öncədən fəaliyyət planı hazırlanıb. Plana uyğun olaraq təsərrüfatların yerləşdirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə birlikdə yaylaqlarda risklər qiymətləndirilib, ərazilərə baxış keçirilib. Nəticədə həm su, həm də bitki örtüyü təminatı olan, həmçinin təhlükəsizlik riskləri minimum olan Qoçdaş yaylağı dislokasiya üçün seçilib və xəritə hazırlanıb. Kəlbəcər Baytarlıq İdarəsinin, Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının xidməti təmin olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır.
Təsərrüfat sahiblərinə ANAMA-nın təlim mərkəzində müvafiq təlimlər keçirilib.
Azərtac
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
























