Vüsal Qasımlıya daha bir vəzifə verildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) Azərbaycan üzrə yerli koordinatoru təyin olunub.
İİTKM-in Dövlət Gömrük Komitəsi ilə birgə Azərbaycan üzrə yerli koordinator olaraq çıxış etdiyi Komissiya 53 Üzv Dövlət və 9 müttəfiq üzvü olan ən böyük regional hökumətlərarası platforma hesab olunur.
ESCAP-ın əsas funksiyası Asiya və Sakit Okean ölkələrinin inklüziv və davamlı inkişafının təmin olunması, eyni zamanda, sözügedən region ölkələri arasında iqtisadi və sosial əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın artırılması və transsərhəd əməliyyatlarının asanlaşdırılmasıdır. Komissiya tərəfindən hazırda “Transsərhəd kağızsız ticarətə Azərbaycanın hazırlıq dərəcəsinin yoxlanılması” layihəsi həyata keçirilir. İİTKM-in operatoru olduğu “Rəqəmsal Ticarət Qovşağı” (DTH) transsərhəd əməliyyatlarında rəqəmsallaşmanın təmin olunması və müvafiq infrastrukturun yaxşılaşdırılması baxımından layihənin həyata keçirilməsində aktiv iştirak edir.
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyevin “Palantir” şirkətinin nümayəndələri ilə görüşü barədə
-
3 saat əvvəl
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
3 saat əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
Rəsmi məzənnələr açıqlandı
























