Azərbaycanda istehsal olunan yük və yanğın söndürmə maşınları təqdim edilib
(®️) Bir illik fasilədən sonra yenidən qapılarını Azərbaycan fermerlərinə açan "Caspian Agro 2021" sərgisində "İmprotex" Şirkətlər Qrupuna daxil "İmprotex İndustries" və "İmagro" şirkətləri uğurla iştirak ediblər.
2013-cü ildə fəaliyyətə başlamış, Qafqaz Regionunda qabaqcıl metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən “İmproteks İndustries” MMC müasir və yüksək texniki avadanlıqlar ilə təchiz olunmuşdur.Bu müəssisənin istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan vermişdir.
Şirkət ilk dəfə olaraq sərgidə tam şəkildə Azərbaycanda istehsal olunmuş tullantıların daşınması üçün nəzərdə tutulan müxtəlif həcimli yük maşınını və yanğın söndürmə maşınlarını təqdim edib. Eyni zamanda müəssisənin texnoloji imkanları əsasında ən mütərəqqi avropa texnologiyalarına əsaslnan, yanacaq çənləri, müxtəlif qoşqular təqdim edilir.
Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə icra edilməsi planlaşdırılan layihələrdə “İmproteks İndustries” MMC-nin texnoloji potensialı biznes tətəfdaşları üçün təqdim edilir.
İmprotex şirkətlər qrupuna daxil olan İmagro MMC 2019-cu ildən aqrar texnika bazarına daxil olub və Caspian Agro şərgisində artıq 2-ci dəfədir təmsil edilir. Qısa müddət ərzində həyata keçirilən uğurlu biznes siyasəti nəticəsində "İmagro"şirkəti, bu gün 10 yaxın global brendin Azərbaycanda yeganə təmsilçisidir. "Massey Ferguson", "Horsh", "GreatPlain", "Farmet", "Celli", "Rinieri", "İDEAL", "Alpego", "Moro Aratri", "Side-Roll", "Hattat" və.s brendlərin texnikalarını Azərbaycan fermerləri "İmagro"şirkətinə müraciət edərək 40% dövlət subsidiyası ilə lizinqlə əldə edə bilərlər.
Ünvan: Bakı-Salyan şossesi 15 km.
Əlaqə nömrəsi:
012 448 02 00
050 270 03 37
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib



















