SOCAR-ın da sponsorluq etdiyi sammitdən proqnoz - neft 100 dolları görəcək
Qlobal treyderlər qiymət artımında həmfikirdir.
Böyük Britaniyanın məşhur Financial Times jurnalının təşkil etdiyi 2 günlük qlobal tədbirdə neft qiymətlərinə dair maraqlı proqnozlar verilib.
Marja xəbər verir ki, 15-16 iyun tarixlərində keçirilən və Qlobal Əmtəə Sammiti adlanan tədbirdə 60-dan çox ölkədən 540 şirkət, 90 spiker və 1500-dən artıq şəxs iştirak edir. Dünyanın ən iri qlobal neft treyderləri - Vitol, Trafigura, Glencore, Gunvor və başqaları, həmçinin Azərbaycandan SOCAR əsas sponsorlar arasındadır.
Vitol-un rəhbəri Rassel Hardi, Trafigura-nın sədri Ceremi Veyr, Glencore-un neft treydinqi bölməsinin rəhbəri və Goldman Sachs bankının xammal və əmtəə tədqiqatları üzrə baş iqtisadçısı Ceffri Karri hazırda bir bareli 73 dolları keçən neft qiymətlərinin tezliklə 100 dollara çatmasının tam real gözlənti olduğunu bildirib. Ən iri treyderlərdən Mercuria və Gunvor-un rəhbərləri də eyni fikirdədir.
Xatırladaq ki, 2008-ci ilin iyulunda tarixində rekord qiymətə - 147 dollara qədər yüksələn neftin bareli sonuncu dəfə 100 dolları 2014-cü ildə görüb. Son 5 ildə neft sənayesinə investisiyalar ildə 400 milyard dollardan 100 milyard dollara qədər azalıb. Treyderlər pandemiyadan sonrakı sürətli inkişaf, qlobal ehtiyatların azalması və iri hasilatçıların istehsal həcmini ehtiyatla artırması səbəbindən neft qiymətinin sürətlə 100 dollara çatacağından əmindir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
-
15 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
20 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Tesla-nın satışları rekord səviyyəyə çatıb

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub
Ən çox oxunanlar

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
