Yaponiyanın ixracı 50%-ə yaxın artıb
Ən böyük ticarət tərəfdaşları Çin, ABŞ və Qərbi Avropadır.Yaponiyanın Maliyyə Nazirliyi 2021-ci ilin may ayı üzrə ticarət statistikasını açıqlayıb.
Marja xəbər verir ki, ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,6% artaraq, 6,26 trilyon yen (57 milyard dollar), idxal isə 27,9% artaraq, 6,44 trilyon yen (58,6 milyard dollar) təşkil edib. Müsbət saldo 187,1 milyard yen (1,69 milyard dollar) həcmində olub ki, bu da ötən ilin analoji dövründən 78,2% azdır.
Ticarətdə ən iri tərəfdaşlar Çin (ixrac - 1,39 trilyon yen, idxal - 1,58 trilyon yen), ABŞ (ixrac - 1,10 trilyon yen, idxal - 743,6 milyard yen) və Qərbi Avropadır (ixrac - 717,7 milyard yen, idxal - 913,5 milyard yen).
Bugün Asiyanın ən iri iqtisadiyyatı Çinin də bir sıra iqtisadi göstəriciləri, o cümlədən may ayı üzrə sənaye istehsalının həcmi və pərakəndə satışlara dair məlumatları təqdim edəcəyi gözlənilir.
Hazırda Asiya birjalarında vəziyyət belədir:
Yaponiyanın Nikkei 225 indeksi: -0,27%, Topix indeksi: +0,17%
Çinin Şanxay kompozit indeksi: -0,36%, Şenzen komponent indeksi: -0,37%, Honkonqun Hang Seng indeksi: - 0,27%
Cənubi Koreyanın Kospi indeksi: +0,5%, Avstraliyanın S&P/ASX 200 indeksi: +0,3%
Yapon yeni ötən həftəki 1 dollar = 109,8 yen göstəricisindən aşağı düşərək, 1 dollar = 110 yendə qərarlaşıb. 1 Avstraliya dolları = 0,772 dollar olan Avstraliyanın milli valyutası da qismən zəifləyərək, yeni iş gününə 1 Avstraliya dolları = 0,768 göstəricisi ilə başlayıb.
Hazırda Asiya birjalarında Brent markalı neftin qiyməti bir barrelə 74,47 dollar (+0,65%) təşkil edir, Qərbi Texas (WTI) nefti 72,59 dollara (+0,65%) təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 14 d. əvvəl
-
23 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
26 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















.jpg)




