G-20 ölkələrinin ÜDM-i pandemiyadan əvvəki səviyyəyə qayıdır
Artım 0,8% təşkil edib, Çin hamını qabaqlayıb.
Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bugün G20 ölkələr qrupunun cari ilin birinci rübünə dair ÜDM göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, ÜDM artımı 2020-ci ilin son rübü ilə müqayisədə 0,8%, ötən ilin müvafiq dövrünə nisbətən isə 3,4% təşkil edib.
Nəticələr G20 ölkələrinin ÜDM-nin pandemiyadan öncəki səviyyəyə qayıtdığını göstərir. Çin ən yüksək illik artım (18,3%) göstərdiyi halda, Böyük Britaniya iqtisadiyyatının həcmi ən çox kiçilən ölkə olub (-6,1%).
Hindistan, Türkiyə və Çin ÜDM səviyyələrini pandemiyadan əvvəlki dövrə qaytara bilən ilk ölkələr sırasındadır. Artıq 2021-ci ilin birinci rübündə bu nəticəni əldə edən üçlükdə ÜDM artımı müvafiq olaraq 2,1%, 1,7% və 0,6% təşkil edib. Əlavə olaraq, Avstraliya (1,8%), Cənubi Koreya (1,7%) və Braziliya (1,2%) da birinci rübdə pandemiyadan əvvəlki inkişaf səviyyəsinə qayıdıblar.
Qalanları isə hələ yerində sayır...
ABŞ (1,6%) və İtaliyada (0,1%) artım sürətlənsə də, nə onlar, nə də ÜDM artımının yenidən zəiflədiyi İndoneziya (1,6%), Kanada (1,4%), Cənubi Afrika (1,1%) və Meksika (0,8%) hələ pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyiblər. Almaniya (-1,8%), Böyük Britaniya (-1,5%), Yaponiya (-1%) və Səudiyyə Ərəbistanında (-0,1%) əksinə, azalma baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
-
8 d. əvvəl
Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
-
20 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
25 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Rəsmi məzənnələr açıqlandı

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ
Ən çox oxunanlar

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
