Dövlət Vergi Xidmətin gəlirləri kəskin artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2020-ci ildə 190 milyon 752 min manat gəlir əldə edib.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 57% çoxdur.
Ötənilki gəlirlərin 190 milyon 706 min manatı qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 57% çox), 46 min manatını isə sair əməliyyat gəlirləri (4,6 dəfə çox) təşkil edib.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin xərcləri isə 44 milyon 161 min manat olub ki, bu da illik müqayisədə 27,5% çoxdur. O cümlədən il ərzində qurumun əmək haqqı və işçilərlə bağlı digər xərcləri 38,9% artaraq 25 milyon 242 min manat, sərf etdiyi materialların dəyəri 9,4% azalaraq 997 min manat, amortizasiya xərcləri 5,9% azalaraq 1 milyon 604 min manat, sair əməliyyat xərcləri 23,1% artaraq 16 milyon 318 min manat, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərcləri isə 2 dəfə artaraq 1 milyon 503 min manat təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
