Neft qiymətləri "9 ay" açıqlaması ilə yuxarı qalxır
Neft qiymətləri, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılması müqaviləsinin daha 9 ay uzadılmasını dəstəklədiklərini bəyan etmələrindən sonra yüksəlib.
"Marja" xəbər verir ki, qiymətlər Bazar ertəsi günü, Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin istehsalın azaldılmasını 2018-ci ilin ilk rübünün sonuna qədər uzadılmasını dəstəklərini ifadə etmələrinin ardından 2.1 faiz yüksəlib.
ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə düşməsi və beləliklə azalmanı altı həftəyə çıxması gözlənilir. ABŞ-da neft ehtiyatları "ərisə" də, hasilat artır.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Yanvar ayının əvvəlindən etibarən altı aylıq bir müddət üçün istehsalı azaltmaq üçün razılığa gələn 24 istehsalçı ölkənin ən böyükləri olan Rusiya və Səudiyyə Ərəbistanı, müqavilənin indiyədək o qədər də təsirli olmadığına dair fikirlərin artdığı bir şəraitdə, öhdəliklərini yenilədilər. Ancaq ABŞ istehsalındakı artım, Liviyada və Nigeriyada hasilatın artdığına dair işarələr, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bazarı yenidən tarazlığa qovuşdurmağa yönəlmiş strategiyasını zəiflədə bilər.
Analitiklər bildirirlər ki, Səudiyyə Ərəbistanı və Rusiyadan verilən açıqlamalar qiymətlərə yuxarı istiqamətdə təsir edir, ancaq xam neftin qiymətinin yeni bir səviyyəni görəcəyi gözlənilmir. ABŞ-da istehsalçıların hasilatı artırmaları qiymətlərin qalxmasını məhdudlaşdırır.
Qərbi Texas neftinin (WTI) qiyməti Nyu-Yorkda Nymex birjasında 22 sent və ya 0.5 faiz qalxaraq 49.07 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 26 sent ybahalaşaraq bareli 52.08 dollara qalxıb. Brent neftin qiyməti Bazar ertəsi günü 98 sent və ya 1.9 faiz qalxaraq 51.82 dollardan bağlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
- 7 d. əvvəl
-
22 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
McDonald’s yenə təəccübləndirdi...
Rəsmi məzənnələr açıqlandı
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Ən çox oxunanlar
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























