Azərbaycanda sığorta haqlarının 81%-ni 5 şirkət hesablayıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 339 milyon 107 min manat sığorta haqqının 273 milyon 84 min manatı və yaxud 80,5%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (112 milyon 50 min manat), "PAŞA Sığorta" (87 milyon 219 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 39 milyon 961 min manat), eləcə də “Qala Sığorta” (18 milyon 369 min manat) və “Atəşgah Həyat Sığorta” (15 milyon 485 min manat) ASC-lərdir.
4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazarı tərk etmiş “Rəvan Sığorta” (0 manat), bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (147 min manat), eləcə də "Naxçıvan Sığorta" (654 min manat), “Bakı Sığorta” (979 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1 milyon 173 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2 milyon 953 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,9%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 63 milyon 70 min manat (18,6%) təşkil edib.
Sığorta ödənişlərinin 89%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 179 milyon 789 min manat sığorta ödənişinin 159 milyon 687 min manatı və yaxud 88,8%-i 5 sığorta şirkətinin payına düşüb. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (87 milyon 592 min manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 32 milyon 93 min manat), eləcə də "PAŞA Sığorta" (19 milyon 677 min manat), "Atəşgah Həyat Sığorta" (13 milyon 385 min manat) və “Xalq Sığorta” (6 milyon 94 min manat) ASC-lərdir.
4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Rəvan Sığorta” (47 min manat), “Xalq Həyat Sığorta” (73 min manat) və “Naxçıvan Sığorta” (90 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 210 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,1%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 19 milyon 892 min manat 11,1%) təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
- 35 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı


















.jpg)



