Ərdoğanın faiz açıqlamasından sonra Türk Lirəsi "kəlləmayallaq gedib"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımlanan müsahibəsində, "Bu gün Mərkəzi Bankın sədrilə danışmışam. Faizləri aşağı salmağımız şərt, faiz yükünü azaltmağımız lazımdır" sözlərinin ardından dollar/TL məzənnəsi kəskin yüksəlib (Türk Lirəsi ucuzlaşıb). Ərdoğan, faizlərin endirilməyə başlanması üçün iyul-avqust aylarına işarə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TRT-yə müsahibə verib.
Marja xəbər verir ki, Ərdoğan müsahibəsində, Mərkəzi Bankın sədri ilə danışdığını, faizin aşağı salınmasının şərt olduğunu söyləyib.
Ərdoğan faizlərlə əlaqədar olaraq, "Bizim faizləri aşağı salmamız şərtdir, onun üçün də iyul-avqustdan faiz düşməyə başlamalıdır. Çünki faiz yükünü sərmayələrin, xərclərin üzərindən qaldırsaq, xərc inflyasiyasını tətikləyən faiz olduğu üçün, orada da bir rahatlama dövrünə girmiş olacağıq",- deyib
Ərdoğanın şərhlərinin ardından dollar/TL məzənnəsi bütün zamanların ən yüksək səviyyəsini - 8.8008 Türk lirəsini görüb.
Bakı vaxtı ilə saat 07:37-də 1 Dollar 8.64 Türk Lirəsi səviyyələrində olub.
Dünən Dollar/TL məzənnəsi 8.48 səviyyələrinədək geriləmişdi. Ərdoğanın açıqlaması Türk Lirəsinin 4%-ə yaxın dəyərdən düşməsinə səbəb olub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə, faiz səbəb, inflyasiya nəticədir - faizlər yüksəldikdə inflyasiya artır. Ərdoğanın nəzəriyyəsinə görə, ölkədə inflyasiyanın yüksək olduğiu bir vəziyyətdə Türkiyə Mərkəzi Bankı faiz endirməlidir. Mütəxəssislər bu yanaşmanın səhv olduğunu qeyd edərək, "inflyasiyanın səbəb, faizin nəticə" olduğunu bildirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 Martda sərt pul siyasəti mənimsəmiş Mərkəzi Bankın sədrini gözlənilməz bir şəkildə vəzifədən azad etməsi Türk Lirəsinin 13% dəyərdən düşməsinə səbəb olmuşdu.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
13 d. əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
18 d. əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
44 d. əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 52 d. əvvəl
-
59 d. əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTO
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!
Ən çox oxunanlar

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb

BOKT-ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi
