Bayden varlı amerikanlar üçün maksimum gəlir vergisi tətbiq edir
2022-ci fiskal ilinin büdcə layihəsində əksər vergilərin artırılması nəzərdə tutulur.
ABŞ prezidenti Co Bayden daha öncə açıqladığı iri infrastruktur layihələri və Amerikan Ailələri Planını maliyyələşdirmək üçün növbəti maliyyə ilindən başlayaraq, gəlir zəngin ailələr üçün gəlir vergisinin maksimum həddini artırmaq niyyətindədir.
Marja ötən həftənin cümə günü ABŞ Maliyyə Nazirliyi (Xəzinədarlıq Departamenti) tərəfindən təqdim olunan büdcə layihəsinə istinadla xəbər verir ki, hazırda 37% təşkil edən gəlir vergisinin 39,6%-ə qədər artırılması təklif olunur.
Bu dəyişiklik vergiyə cəlb olunan illik gəliri 452 min 700 dollar həcmində olan subay şəxslərə və birlikdə təqdim etdikləri gəlir bəyannaməsi 509 min 300 dollardan yuxarı həddə olan evli cütlüklərə tətbiq olunacaq. Həmçinin, yeni vergi dərəcəsi gəliri 481 min dolları keçən ailə başçılarına və ayrı-ayrılıqda 254 min 650 dollardan artıq həcmdə gəlir bəyannaməsi verən ailəli şəxslərə münasibətdə qüvvədə olacaqdır.
Gəlir vergisinə cəlb olunacaq məbləğlərlə əlaqədar yeni dəyişikliklər hazırda qüvvədə olan həcmlərdən daha aşağıdır. Müqayisə üçün bildirək ki, 37%-lik gəlir vergisi subay bəyannaməçilər və ailə başçıları üçün 523 min 600 dollardan, birgə bəyannamə verən ər-arvad üçün 628 min 300 dollardan, evli və təkbaşına bəyannamə təqdim edən şəxslər üçün isə 314 min 150 dollardan yuxarı məbləğlərə şamil olunur.
Büdcə layihəsinə görə, təklif olunan 39,6%-lik gəlir vergisi 2022-ci maliyyə ilindən qüvvəyə minəcəkdir. Maliyyə Nazirliyi yeni dəyişiklik nəticəsində beş il ərzində təqribən 132 milyard dollar vəsait cəlb etməyi hədəfləyir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
12 d. əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
17 d. əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
43 d. əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 51 d. əvvəl
-
58 d. əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTO
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!
Ən çox oxunanlar

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb

BOKT-ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi
