Dünyada ən çox ölümə səbəb olan xəstəlik.... Yox, xərçəng deyil!
Hər il dünyada 18 milyon insan bu xəstəlikdən dünyasını dəyişir.
Danimarkanın Xərçəng xəstəlikləri Cəmiyyətinin Tədqiqat Mərkəzi ölüm hallarına səbəb olan xəstəliklərə dair 23 il müddətində ardıcıl tədqiqatlar aparıb. Tədqiqatlar əsasən Danimarka və Avstraliyadan olan tibbi mütəxəssislər, həmçinin digər ölkələrin ən qabaqcıl tibb universitetlərinin alimləri tərəfindən həyata keçirilib.
Marja xəbər verir ki, “Diet, Xərçəng və Sağlamlıq Tədqiqatı” adlanan və 50 mindən çox insanı əhatə edən araşdırma maraqlı faktlar üzə çıxarıb.
Məlum olub ki, qlobal miqyasda insan ölümlərinə səbəb olan 1 nömrəli səbəb ürək-damar xəstəlikləridir. Hər il 18 milyon insan bu xəstəliklərin qurbanı olur.
Amerikanın ən amansız qatili...
Bu xəstəlikdən ən çox əziyyət çəkən ölkələrdən biri Birləşmiş Ştatlardır. ABŞ Milli Səhiyyə Statistikası Mərkəzinin 2015-2020-ci illəri əhatə edən hesabatına əsasən, 2015-ci ildə cəmi 2,7 milyon nəfər təşkil edən ölüm sayı 2020-ci ildə 3,3 milyon nəfərə yüksəlib. Ölüm səbəblərinin içərisində ürək-damar sistemi xəstəlikləri birinci sıradadır. Təkcə 2020-ci ildə 691 min amerikan ürək-damar xəstəliklərindən dünyasını dəyişib. Bu isə ötən il COVID-19 pandemiyasının aldığı canlardan da (345 min) 2 dəfəyə yaxın çoxdur.
Qeyri-sağlam həyat tərzi və plansız qidalanma nəticəsində ayaqlarda qan damarlarının daralması ilə səciyyələnən periferal arteriya xəstəliyi ürək-damar xəstəlikləri qrupuna liderlik edir. Mütəxəssislər təbii profilaktika üsulu kimi gündə ən azı bir fincan həcmində azotla zəngin meyvə-tərəvəz yeməyi tövsiyə edir. Araşdırmalar göstərir ki, bu məsləhətə əməl edən insanlarda yüksək qan təzyiqi və ürək tutmaları riski 12%-dən 26%-ə qədər daha azdır.
Bəs necə qorunaq?
“Qarnir əvəzinə ispanaq, banan və ya giləmeyvələrdən əzmə hazırlaya və qəbul edə bilərsiniz. Göyərti də əlavə etmək mümkündür, lakin onu sıxıb şirəsini çıxarmayın, çünki bu zaman tərəvəzlərdə ən vacib olan ləti və lifləri korlanır” – tədqiqat qrupunun rəhbəri Ketrin Bondonno bildirib.
Son illərdə getdikcə cavanlaşan ürək-damar xəstəlikləri ölkəmizdə də ölümə səbəb olan hallar arasında ön sırada gəlir. Bu baxımdan, düzgün qidalanmaqla bağlı təcrübəli mütəxəssislərin tövsiyəsinə əməl etmək sağlamlığımız üçün vacibdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
59 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
2 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
3 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
3 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
