15 layihə barədə qərar qəbul edilib - 20 MİN MANATADƏK VƏSAİT AYRILIB
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsinə başlanılıb
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılıb və ilk müsabiqənin qalibləri ilə müqavilələr imzalanıb. Müvafiq vəsait müsabiqə qaliblərinin bank hesablarına köçürüləcəkdir.
Bununla bağlı mayın 24-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müsabiqə qaliblərinin iştirakı ilə tədbir keçirilib.
Müsabiqə qaliblərini təbrik edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün ilk müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Qaydalara əsasən təşkil olunub. Vurğulanıb ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarların marağı böyük olub.
Müsabiqəyə 329 layihə təqdim edilib. KOB subyektlərinə aid layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, ümumilikdə 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir. Ekspert Komissiyasının kollegial qərarına əsasən, 15 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edir. Hər layihənin maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb.
KOB subyektlərinin müsabiqə barədə məlumatlandırılması və layihələrin hazırlanmasına dəstək məqsədilə Agentlik tərəfindən maarifləndirici tədbirlər görülüb, vebinar keçirilib, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara məsləhət xidmətləri göstərilib, layihələrin hazırlanması mövzusunda təlimlər təşkil olunub.
Tədbirdə qeyd edilib ki, Agentlik layihələrin davamlı və KOB sektoru üçün faydalı olmasında, eləcə də mexanizmin səmərəli dəstək tədbiri kimi inkişafında maraqlıdır. Agentlik tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq. Belə ki, şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.
Bildirilib ki, müsabiqənin qalibləri əlavə dəstək kimi KOBİA-ya müraciət edərək “Startap” şəhadətnaməsi ala bilərlər. “Startap” şəhadətnaməsi müsabiqə qaliblərini 3 il müddətinə innovativ fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edəcəkdir.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev mərkəzin fəliyyəti barədə məlumat verərək, müsabiqənin qaliblərinin mərkəzin təqdim etdiyi xidmətlərdən də istifadə edə biləcəklərini qeyd edib.
Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqəyə sənəd qəbulu 17 fevral - 18 mart tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 19 mart - 23 aprel tarixlərində həyata keçirilib, 30 aprel tarixində isə Ekspert Komissiyasının ilk iclası keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
