Azərbaycanda traktor istehsalı artıb
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 508 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 ədəd və ya 24,4% az minik avtomobili istehsal olunub.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.05.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 146 ədəd təşkil edib. 01.04.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 267 ədəd təşkil etmişdi.
2021-ci ilin Yanvar ayında Azərbaycanda traktor istehsal edilməmişdi. Bu il Azərbaycanda Fevral ayında 51 ədəd, Mart ayında 39 ədəd, Aprel ayında 72 ədəd olmaqla cəmi 162 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin ilk 4 ayı ilə müqayisədə 54,3% artıb. 01.05.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 74 ədəd təşkil edib. Traktorlar üzrə 01.04.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 89 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
17 d. əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜHSAİBƏ
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi



























