Tehran və Təbrizdən Qəbələyə aviareys açılacaq
“Aysan Pərvaz” İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdəndir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.
Şirkət İranın “ATA Airlines” aviaşirkəti ilə müqavilə bağlayaraq Tehran-Bakı-Tehran, Təbriz-Bakı-Təbriz çarter təyyarə reysləri açıb.
Şirkətin baş direktoru Seyid Məhəmməd Mirrezayi bildirib ki, hələlik Bakıya həftədə 2 reys yola salınır. İyun ayından isə reyslərin sayı 3-ə çatdırılacaq. Yaxın zamanlarda Bakı-Məşhəd reysinin açılması istiqamətində çalışdıqlarını söyləyən S.M.Mirrezayi Azərbaycandan İrana turistlərin cəlb edilməsindən də danışıb. O, İranın İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrində azərbaycanlı turistlərin istirahət etməsinin təşkili üçün işlər aparıldığını bildirib. O, həmçinin iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərlərinin təşkil ediləcəyini vurğulayıb.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Qəbələdə, Gəncədə, Qubada olduğunu deyən S.M.Mirrezayi Tehran-Qəbələ-Bakı-Tehran, Təbriz-Qəbələ-Bakı-Təbriz səyahət reyslərinin açılması üzərində də işlədiklərini nəzərə çatdırıb. Qış aylarında “Şahdağ” istirahət mərkəzinin də maraqlı olduğunu qeyd edib.
“BAKI GÖZƏL VƏ TƏHLÜKƏSİZ ŞƏHƏRDİR”
Şirkətin Tehranın mərkəzində yerləşən ofisinin qarşısında qələbəlik müşahidə edilir. Buraya gələnlərdən qələbəliyin səbəbi soruşulub. Əlində Tehran-Bakı-Tehran reysinə təyyarə bileti və səyahət vauçeri olan Purməhəmmədi adlı Tehran sakini deyib: “Qarşıdan yay tətilləri gəlir. “Aysan Pərvaz” şirkəti isə Bakıya turist səyahətləri həyata keçirir. Mən də ailəmlə birlikdə Azərbaycanın paytaxtını gəzib görmək istəyirəm”.
“Bakının dəniz kənarında yerləşən çox gözəl, eyni zamanda, təhlükəsiz şəhər olduğunu eşitmişəm”, - deyən Purməhəmmədi məhz buna görə ailəsi ilə birlikdə Bakıya səyahət etmək istəyində olduğunu nəzərə çatdırıb.
O bildirib ki, böyük oğlu Azərbaycanda keçirilən IV İslam Həmrəylik Oyunlarını izləmək üçün ailəsi ilə birlikdə Bakıya gedib: “Onunla telefon əlaqəsi saxlayıb oyunların və istirahətinin necə keçdiyini soruşduq. Oğlum bizə birmənalı şəkildə məsləhət gördü ki, yay tətilini mütləq Bakıda keçirək. Otellərinin rahat, şəhərin gözəlliyi haqqında çox danışdı. Biz də qərara gəldik ki, yayda istirahətimizi Bakıda keçirək”.
Şirkətin baş direktoru Seyid Məhəmməd Mirrezayi bildirib ki, bu işə başlamazdan əvvəl Bakıda olub və gördüklərindən heyran qalıb: “Əvvəla onu deyim ki, Bakı ictimai-siyasi baxımdan çox sabit şəhərdir və bu da turistlər üçün olduqca vacibdir. Bu gün region ölkələri arasında Azərbaycan öz sabitliyi ilə seçilir. Digər tərəfdən, Bakı Avropa şəhərləri kimi çox təmiz və gözəldir. Burada fəaliyyət göstərən otel və iaşə obyektlərindəki qiymətlər də sərfəlidir”.
O vurğulayıb ki, dövlətlərin qarşılıqlı əlaqələrinin genişlənməsi özəl sektorun da işini yaxşılaşdırıb.
Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində də Bakıda olduğunu bildirərək söyləyib ki, şəhər tamamilə dəyişib, gözəlləşib və müasirləşib. Köhnə şəhərdən əsər-əlamət qalmayıb. Dəniz kənarındakı Milli Park yenidən qurulub və dünyanın müxtəlif ölkələrindən gətirilən nadir ağaclar əkilib. Bakının bir çox yerlərində gecə ilə gündüzün fərqi bilinmir. Bunlardan başqa, şəhər sakinləri çox mehriban və qonaqpərvərdirlər. Tarixi abidələr, möhtəşəm tikililər turistlərin görmək istədikləri məkanlardandır. Son vaxtlar Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlər dünyaya səs salıb. İranlılar da Bakını gəzmək və görmək istəyirlər.
S.M.Mirrezayi bildirib ki, Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir. Bakının tanıdılması üçün şirkət tərəfindən xüsusi buklet də hazırlanıb və müştərilərə paylanır.
Baş direktor reysin açılması, səyahətlərin təşkil olunmasında və turistlərin viza məsələlərinin həllində göstərdiyi köməyə görə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynova minnətdarlıq edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 14 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
7 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
7 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)












