ABŞ hökuməti hakerlərin hesabından 5 milyon dollarlıq bitkoin “oğurlayıb”
Məşhur kibercinayətkar qrup haqqında maraqlı detallar - 90 milyon dollarlıq bitkoinləri varmış...
Cari il mayın 7-də Birləşmiş Ştatların ən iri daxili yanacaq kəməri sistemini çökdürən və benzin qiymətlərinin sürətlə bahalaşmasına səbəb olan, yalnız 5 milyon dollar aldıqdan sonra iş rejiminin bərpasına imkan verən haker qrupu DarkSide haqqında maraqlı məlumatlar üzə çıxıb.
Marja xəbər verir ki, blokçeyn texnologiyaları üzrə Londonda yerləşən analitika şirkəti Elliptic ötən həftəsonu DarkSide-ın öz qurbanlarından tələb etdiyi ödənişlərin saxlandığı bitkoin pulqabı aşkar etdiyini bildirmişdi. Həmin gün təhlükəsizlik üzrə araşdırma şirkəti Intel 471 də DarkSide-ın öz bitkoin serverlərinə və pulqabına giriş edə bilməməsi səbəbindən bağlandığını xəbər verib.
Dünən paylaşdığı bloq yazısında isə Elliptic daha bir maraqlı məqama toxunub. Haker qrupu son 9 ayda 50-yə yaxın müxtəlif qurbanından 90 milyon dollar həcmində bitkoini haqq kimi alıb. Orta hesabla bir şirkətdən 2 milyon dolara yaxın vəsait alınıb. Bu həcmdə pulun 15,5 milyon dolları DarkSide-ın qurucusuna, qalan 74,7 milyon dollar isə müxtəlif tabeli qruplara göndərilib. Vəsaitin əksər hissəsi kriptovalyuta birjalarına yönəldilib, daha sonra ordan pul şəklində çəkilib. Məqsəd hökumət tərəfindən qrupun izinin tapılmaması olub.
Lakin görünür ki, ABŞ hökuməti onu ciddi problemlə üz-üzə qoyan haker qrupundan qisasını alıb. Elliptic həm də onu qeyd edir ki, ötən həftə - DarkSide bağlanmazdan öncə onun hesabında 5,3 milyon dollarlıq bitkoin olub, lakin qəfildən silinib və serverinə giriş bağlanıb. Bu məbləğ elə ötən həftənin əvvəlində Colonial Pipeline boru kəməri operatorunun hakerlərə ödədiyi vəsaitə bərabərdir. Kibercinayətkar qrup yaydığı açıqlamada pullarının “oğurlanmasında” Amerikan hökumətini günahlandırır.
Son dövrlər kibercinayətkar qrupların ödənişləri bitkoin və ya digər kriptovalyutalarda tələb etməsi halları artıb, çünki bitkoinlə əməliyyatlar zamanı şəxslərin kimliyinin açıqlanması tələb olunmur. Lakin, bitkoinin əsasında duran rəqəmsal uçot kitabı hamı üçün açıqdır və bununla da, müvafiq orqanlar vəsaitin hara göndərildiyinin izinə düşə bilir.
Boru kəmərinə kiberhücum DarkSide-ın ilk belə səs-küylü işi deyil. Bundan öncə yapon nəhəngi Toshiba Avropadakı əsas ofisində sistemin çökdürüldüyün bildirmiş və adıçəkilən qrupu günahlandırmışdı. Daha sonra isə İrlandiyanın səhiyyə sistemi ciddi kiberhucuma məruz qalmışdı. Prezident Bayden analoji halların qarşısını almaq üçün mayın 12-də ABŞ-ın kibertəhlükəsizliklə bağlı müdafiəsini gücləndirməyə dair sərəncam imzalayıb.
“Qeybə çəkilən” haker qrupunun ABŞ hökumətinə cavabı nə olacaq?
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək
-
1 saat əvvəl
SOCAR ilə Almaniya şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb
-
1 saat əvvəl
Mərkəzi Bankın departament rəhbəri öz ərizəsi ilə işdən çıxıb
-
1 saat əvvəl
“PAŞA Bank” yeni “Miles&Smiles PAŞA Bank Signature” kartını xüsusi endirimlə təqdim edir
-
1 saat əvvəl
"Bayraktar Teknoloji Azərbaycan" şirkəti PUA istehsalına başlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
“BOA AGENCY” şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib
-
3 saat əvvəl
"Yaxın gələcəkdə regionda nəqliyyat əlaqələri açılacaq, bu, mədənçıxarmada yeni imkanlar yaradacaq"
-
3 saat əvvəl
Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Dövlət satınalmaları haqqında qanun" təkmilləşdiriləcək"

Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək

"Bayraktar Teknoloji Azərbaycan" şirkəti PUA istehsalına başlayıb

“BOA AGENCY” şirkətinin iclasınının gündəliyinə dəyişiklik edilib

Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb
Ən çox oxunanlar

"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradan məqam ola bilər"

"Neftçala Sənaye Məhəlləsi tam dolub"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir

Macarıstan Fransa şirkətindən qaz alacaq
