Aktrisanın qurduğu şirkətdən yeni perfomans - 1,4 milyard dollar!
Hollywood gözəli indi də biznes dünyasını valeh etmək niyyətindədir.
Hollywood ulduzu, aktrisa Jessica Albanın qurucularından olduğu uşaq məhsulları şirkəti Honest Company bugün ABŞ-ın Nasdaq birjasında ilk dəfə olaraq Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsinə (IPO) çıxır.
Marja xəbər verir ki, debütündə bir səhmə görə 14-17 dollar qiymət qoyan şirkət ümumilikdə 1,4 milyard dollar bazar dəyərinə çatmağı hədəfləyir.
“Qaranlıqlar Mələyi” serialı və “Fantastik Dördlük” kimi filmlərdəki oyunu, eləcə də digər rolları ilə məşhurlaşan Alba 2008-ci ildə anadan olan ilk övladı, qızı Honorun adından ilhamlanaraq, körpələr və uşaqlar üçün tərkibində qadağan edilmiş kimyəvi məhsullar və sintetik hissəciklər olmayan müxtəlif əşyalar və məhsullar istehsal edən şirkət qurmaq qərarına gəlir. Bunun üçün etibarlı tərəfdaşlar tapmaq uzun vaxt aparır və nəhayət 2011-ci ildə Brayan Li, Sean Keyn və Kristofer Gaviganla birlikdə Honest Company təsis edilir. 2012-ci ildə 17 məhsulla bazara girən şirkət növbəti il 50 milyon dollarlıq satış edir. 2013-cü ildə investorlardan 52 milyon dollar, 2014-cü ildə isə 70 milyon dollar cəlb edən şirkət 2014-cü ilin sonunda satış həcmlərini 170 milyon dollara çatdırır.
2015-ci ildə özəl maliyyələşmə raundunda növbəti 100 milyon dollar vəsait cəlb edən şirkətin bazar dəyəri ilk dəfə olaraq 1 milyard dolları ötür. 2017-ci ildə şirkət bir sıra məhsul skandalları ilə üzləşir: bəzi məhsulların qablaşdırmasının üzərindəki etiketlərlə arxa hissədə məhsulun tərkibi bölməsində yazılanlar uyğunsuzluq təşkil etdiyinə və müştəri şikayətlərinə görə Honest Company bir neçə məhkəmə prosesindən keçməli olur. Səhmlər 50%-dən artıq ucuzlaşaraq, bazar dəyəri 1 milyard dolların altına düşür.
2018-ci ildə özəl investisiya qrupu L Catterton şirkətin 37,1 faizlik hissəsini 200 milyon dollara alıb. Hazırkı IPO ilə Honest yenidən bazara geri qayıtmaq və bir daha özünü təsdiqləmək niyyətindədir. Həmçinin, ötən həftə Jessica Albanın Direktorlar Şurasının sədri vəzifəsindən istefa verməsi və Honest-in kreativ direktoru olaraq fəaliyyətini davam etdirməsi qərara alınıb.
Morgan Stanley, JPMorgan və Jefferies prosesdə şirkətin əsas menecerləridir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
-
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 38 d. əvvəl
- 51 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTO
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb
-
1 saat əvvəl
BOKT-ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
Ən çox oxunanlar

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb

BOKT-ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi

Mərkəzi Bank xəbərdarlıq məktubları göndərir, illik hesabtları təqdim etməyənlər məsuliyyətə cəlb olunur

Su tariflərinin dəyişəcəyinin siqnalı verildi - "Diferensial su tarifləri ilə bağlı təklifimizi Tarif Şurasına təqdim edəcəyik"

"Dövlət satınalmaları haqqında qanun" təkmilləşdiriləcək"
