Azərbaycanda kriptovalyutalarla bağlı xəbər saytı yaradılıb
Azərərbaycanda kriptovalyutalarla bağlı ilk milli xəbər saytı fəaliyyətə başlayıb. Azcoinnews.Az adlanan informasiya platforması, kriptovalyuta bazarı və texnoloji sahədəki yeniliklərə dair ən son məlumatları təqdim edəcək. Bu barədə Marja-ya sayın təsisçilərindən biri məlumat verib.
Saytda həmçinin elektron pulların müxtəlif sahələr üzrə adaptasiya prosesi, blokçeyn texnologiyasının üstünlükləri, koinlərarası rəqabət mühiti, ayrı-ayrı ölkələr üzrə kriptovalyutalardan istifadə səviyyəsi və sair mövzularda təhlillərə də yer veriləcək.
Bank sektoruna dair xabərlər də yayımlayacaq Azcoinnews.Az ilk milli kriptovalyuta layihəsi olan “AzCoin”inin strukturlarından biridir.
Qeyd edilib ki, "AzCoin" heç bir halda hazırda istifadədə olan kağız və dəmir naminallara alternativ deyil və tətbiqinə rəsmi dövlət səviyyəsində icazə verilməyənə qədər ödəniş vasitəsi və alqı-satqı predmeti kimi istifadə edilə bilməz. Bu elektron valyuta, yeni nəslin ödəniş vasitəsi rolunu oynayacaq. O ilkin mərhələdə klassik ödəniş vasitələri ilə paralel şəkildə tənzimlənir, cəmiyyətin sosial vəziyyətinə və inkişaf sürətinə uyğun olaraq təşəkkül tapır. “AzCoin” sistemi hazırki mərhələdə pilot layihə kimi işlənib və gələcəkdə tətbiqini mümkün edəcək alqoritmik ardıcıllıq, eləcə də digər zəruri texniki dəstək mexanizmləri ilə təmin olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək



























