Neftçala mərkəzi xəstəxanasının direktoru həbs edildi
Neftçala rayon mərkəzi xəstəxanasının direktoru Quliyev Elman Mətləb oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Neftçala rayon prokurorluğundan verilən məlumata görə, aparılmış istintaq zamanı Elman Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya stasionar müalicəyə koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatları hazırlayıb, müvafiq sənədləri imzalayıb möhürlə təsdiqlədikdən sonra qeyd edilən işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
22.04.2021-ci il tarixdə Quliyev Elman Mətləb oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaq zamanı vurulmuş maddi ziyanın tam ödənilməsi təmin edilib.
Cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılaraq qısa müddət ərzində məhkəməyə göndərilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)





