Maliyyə bazarlarında son vəziyyət - 26.04.2021
EUR
Avrozonada biznes aktivliyi indeksinin müsbət açıqlanması, Avropa yenidənqurma fondunun Almaniyada təsdiqlənməsi və Breksit ticarət sazişinin imzalanması, EUR/USD məzənnəsinin 1.21$-ın üzərində ticarət edilməsinə səbəb olur.
Bununla yanaşı, bu həftə Almaniya və Amerikadan iqtisadi inkişaf göstəriciləri, FED-in faiz qərarı və açıqlamaları da önəmli rol oynayacaqdır.
GBP
GBP/USD məzənnəsinin də 1.38$-ın üzərində dəstək görərək, bahalaşıb və hazırda 1.39$-ın üzərində dalğalanır.
TRY
Türkiyə ətrafında siyasi və iqtisadi risklərin yenidən artması, lirənin də ucuzlaşmasına səbəb olub. Bu baxımından hazırda 8.45TL qırılmaq üzrə olan USDTRY məzənnəsi fonunda investorlar gələn həftə dərc ediləcək TCMB-nin növbəti faiz qərarını da böyük maraqla gözləyirlər.
OIL
Brent markalı neftin bir barel qiyməti son iki ayın orta səviyyələrdə dalğalanmaqda davam edir. Üfüqi dalğalanmaya səbəb bazarların “OPEC Plus”-un çərşənbə günü baş tutacaq növbəti toplantısının nəticələrinə köklənməsidir.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Son bir həftə ərzində qızılda üfüqi korreksiyadan sonra bir unsiya üzrə qiymət yenidən 1770$-ın (56.9 $/qram) üzərində dəstək görərək dəyər qazanmağa başlayıb. Təhlillərə əsasən, 1787$-ın (57.5 $/qram) qırılması korreksiya dəhlizinin yarılması üçün önəmli olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 12 d. əvvəl
-
21 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
24 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)




