“Barbie” qazandırır – son 6 ilin ən yaxşı göstəricisi
Pandemiyada ən çox alınan məhsullardan biri uşaq oyuncaqlarıdır.
ABŞ-ın transmilli oyuncaq istehsalçısı, “Barbie”, “Monster High”, “Polly Pocket”, “Hot Wheels”, “American Girl”, “Matchbox”, “Masters of Universe”, “Thomas&Friends” kimi məşhur brend və seriyaların sahibi, Danimarkanın Lego Group şirkətindən sonra dünyada gəlirlərinə görə ikinci ən böyük oyuncaq firması olan 76 yaşlı qocaman Mattel Inc. ötən gün investorlar və ictimaiyyət üçün 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb. Marja xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artan satışlar son 6 ilin ən yaxşı nəticələrini göstərib.
Gəlirlərin ümumi həcmi ötən ilin müvafiq dövründə qeydə alınmış 594 milyon dollarla müqayisədə artaraq, 874 milyon dollara çatıb və analitiklərin proqnozlarından da (684 milyon dollar) xeyli artıq olub. Əməliyyat mənfəəti 31 milyon dollar təşkil edib ki, bu da 2014-cü ildən bəri ən yaxşı rüblük göstəricidir. Şirkət bu rübü xalis mənfəət əldə etməyərək, 115,2 milyon dollar zərərlə (hər səhmə görə 33 sent) başa vurub, lakin ötən ilin birinci rübündə tətbiq edilən ilk karantin tədbirlərinin təsiri nəticəsində məruz qaldığı 210,7 milyon dollar (hər səhmə görə 61 sent) zərərlə müqayisədə vəziyyət nisbətən sabitdir.
Satışların 381 milyon dolları gəlinciklərin, 183 milyon dolları körpələr, bir yaşından yuxarı və məktəbəqədər yaşdakı uşaqlar üçün oyuncaqların, 215 milyon dolları müxtəlif arabalar və bu tipli oyuncaqların, 199 milyon dolları müxtəlif film və cizgi filmi qəhrəmanlarının, qurucu oyunların, uşaqların inkişafı üçün oyunların və digər məhsulların payına düşüb. “Barbie” gəlinciklərinin satışı 86%, “American girl” 22% artıb. “Jurassic World”, “WWE” və “Masters of Universe” kimi film və animasiya qəhrəmanlarının satışı isə rekord – 101% artıb.
Mattel-in baş direktoru Ynon Kreiz cari ilin ikinci rübünün, xüsusilə Pasxa tətilinin də inamlı göstəricilərlə başladığını, bu il bayram mövsümlərində daha yaxşı nəticələr əldə edəcəklərini bildirib: “Biz oyuncaq sənayesində davamlı lider kimi öz mövqelərimizi möhkəmləndiririk. 2021-ci ildə və daha sonra gəlirlilik imkanlarımızı daha da artırmaq və davamlı olaraq böyümək mövqeyindəyik”.
Kommersiya qrupu Toy Assosiation-un apardığı “Kids Global” adlı araşdırmanın nəticələrinə əsasən, ABŞ-dakı valideynlərin 52 faizi bayramlarda uşaqlara daha çox oyuncaq hədiyyə edib. Bu da sektorun əsas oyunçularından biri Mattel-in satışlarına müsbət təsir edən əsas amillərdəndir. Şirkətin səhmləri dünən 7% bahalaşaraq, bir səhmə görə 22,33 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 3 saat əvvəl
-
3 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
3 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
4 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
