Çinin elektromobil istehsalçıları dünyaya meydan oxuyur
Ötən il xaricə 64 minə yaxın elektrikli avtomobil satan Çin şirkətləri ilə digər nəhəng istehsalçılar arasında bazar uğrunda rəqabət qızışır.Ötən il dünyanın ən böyük avtomobil bazarı olan Çində əldə edilən iri həcmli artımlardan sonra, yerli istehsalçılar bu ildən daha çox qlobal bazarlara fokuslanıb. Çin hökumətinin 10 il öncə yerli elektrikli avtomobil istehsalına yatırdığı milyardlarla dollar həcmində investisiyalar artıq bəhrəsini verməkdədir.
Marja xəbər verir ki, bir sıra Çin elektromobil istehsalçıları cari ildə genişlənmək planları və satış strategiyalarını açıqlayıb. Hələ ötən ay ABŞ-ın Goldman Sachs bankı öz proqnozlarında növbəti 20 ildə elektrikli avtomobil batareyalarına qlobal tələbatın 30 dəfəyə qədər artacağını, 2040-cı ildə dünyada satılan bütün avtomobillərin təxminən 47%-nin, yəni yarısına qədərinin elektriklə çalışacağını bildirmişdi.
Çin Ticarət Palatasının ötən ilin yekunlarına dair 2021-ci ilin yanvarında açıqladığı hesabatın Texnika, Maşınlar və Elektron Məhsulların İxracı və İdxalı bölməsində2020-ci ilin 11 ayında Çin elektromobil istehsalçılarının 63 500 avtomobil ixrac etdikləri bildirilib. Ən iri bazarları Səudiyyə Ərəbistanı və Misir təşkil edib, həmçinin Böyük Britaniya, Belçika və Almaniyada satışlar artıb.
ABŞ-da qeydiyyatdan keçmiş Çin şirkəti, Teslanın Çində və digər bazarlarda əsas rəqiblərindən olan, ötən il satışların həcmini 240% artırmış Nio-nun həmtəsisçisi və prezidenti Lihong Qin bu ilin ikinci yarısından Avropa bazarlarına girəcəklərini açıqlayıb. Həmçinin, ABŞ bazarının əsas hədəflər arasında olduğunu qeyd edib.
Digər bir Çin istehsalçısı Xpeng-in sədri və baş direktoru He Xiaopeng ötən il Norveçə 100 ədəd G3 model SUV ixrac etdiklərini, bu il Şimali Avropa bazarında P7 elektrikli sedanının satışlarına diqqət yetirəcəklərini bildirib. Daha bir Çin startapı Aiways bu ilin ilk 3 ayında İsrail və Avropaya 1000-dən artıq elektromobil satdıqlarını açıqlayıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının rəqəmlərinə görə 2019-cu ildə Avropanın sərnişin avtomobilləri idxalının cəmi 2%-i Çinin payına düşüb, 865 milyon avro təşkil edən satışlar əvvəlki illə müqayisədə 79% artıb. 2018-ci ildə Avropa avtomobil istehsalçıları Çindəki zavodlarda 6 milyona yaxın avtomobil buraxıblar, bu göstərici də ölkədəki istehsalın dörddə birini təşkil edir.
Çin Sərnişin Avtomobilləri Assosiasiyası Teslanın Model 3 elektromobilinin ötən il Çin bazarında ən çox satılan elektrikli sərnişin avtomobili olduğunu bildirib. Çinin dövlət avtomobil şirkəti GAC-dan ayrılan yeni startap Aion isə S modeli ilə ikinci yeri tutub. Nio ən bahalı modellə doqquzuncu olub, Xpeng ilk 10-luğa düşə bilməyib.
Qlobal avtomobil sənayesi daha çox elektrikli modellərə keçdikcə, ABŞ və Avropanın ənənəvi nəhəngləri də bu yarışdan kənarda qalmamaq üçün bütün güclərini səfərbər edib. General Motors-un Cadillac brendi dünən Şanxay avtosərgisində qiyməti 60 min dollar təşkil edəcək Lyriq elektromobilini təqdim edib. İlin sonuna Çində bu modelə sifarişlər başlayacaq. Ford özünün Mustang-Mach modelinin elektrikli versiyasını - yalnız Çində istehsal edilərək yerli bazar üçün nəzərdə tutulan Evos SUV-nu iki gün öncə ictimaiyyətə göstərib. Volkswagen isə artıq Çin bazarı üçün üçüncü modeli - ID.6-nı buraxmağa hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda


























