Dünyanın ən bahalı qitəsi hansıdır - 25 qlobal şəhərin göstəriciləri
Asiya ənənəvi stereotipləri dağıdır.Asiya qitəsi dünyanın ən bahalı bölgəsi və varlanmaq üçün ən əlverişli bazar olaraq qalır.
Marja xəbər verir ki, İsveçrənin özəl bank qrupu, 2020-ci ilin sonuna aktivlərinin həcmi 402 milyard İsveçrə frankı (434,2 milyard dollar) təşkil edən Julius Baer-in yeni dərc etdiyi “Qlobal sərvət və həyat tərzi Hesabatı 2021”-də maraqlı məqamlar üzə çıxıb.
Sərvətinin dəyəri 1 milyon dollardan çox olan varlı və həddən artıq zəngin sakinlərin sayına görə dünyanın 5 ən bahalı şəhərindən 4-ü Asiya qitəsinin payına düşür. Bunlar Şanxay (1-ci yer), Tokio (2-ci yer), Honkonq (3-cü yer) və Taypeydir (5-ci yer). Siyahıda Asiyanın digər varlı şəhərləri də yer alıb: Sinqapur (9-cu yer), Banqkok (11-ci yer), Dubay (12-ci yer), Manila (16-cı yer), Cakarta (20-ci yer), Mumbay (22-ci yer).
Avropa və Orta Şərq qlobal sıralamada 2-ci yeri tutub, çünki bu regionda yerləşən varlı şəhərlərin əksəriyyəti Avro və isveçrə frankı hesabına yüksək alıcılıq qabiliyyətinə malikdir. Siyahıda 8 Avropa şəhəri var: Monako (4-cü yer), Sürix (6-cı yer), Paris (7-ci yer), London (8-ci yer), Milan (13-cü yer), Barselona (15-ci yer), Frankfurt (17-ci yer), Moskva (18-ci yer).
Amerika qitəsi siyahıda Nyu-York (10-cu yer), Mayami (19-cu yer), Sao Paolo (21-ci yer), Mexiko Siti (23-cü yer) və Vankuverlə (24-cü yer) təmsil olunur. Avstraliya (Sidney, 14-cü yer) və Afrika (Yohannesbur, 25-ci yer) qitələri müvafiq olaraq hərəsi bir nümayəndəyə malikdir.
Qlobal reytinq dünyanın ən varlı 25 şəhərindəki zəngin insanların daha çox aldığı lüks malların daxil olduğu səbətin qiymətlərinə əsaslanır. Pandemiya səbəbindən yaşam tərzlərində və davranışlarında müəyyən dəyişikliklər yaşayan zənginlər fərdi idman müəllimlərini, toy buketlərini, Botoks həkimlərini və bahalı pianoları velisopedlər, qaçış kəmərləri sağlamlıq sığortası və texnologiya paketləri, o cümlədən güclü noutbuklar və smartfonlarla əvəz ediblər.
Ümumilikdə qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü lüks mallara qadın ayaqqabıları (-11,7%), otel nömrələri (-9,3%) və şərablar (-5,3%). Əksinə, biznes klass uçuşları (11,4%), viski (9,9%) və qol saatlarının (6,6%) qiymətləri artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)



