Kriptovalyuta bazarında yeni rekord – 2 trilyon dollar!
Təkcə Bitkoinin bazar kapitallaşması 1,1 trilyon dollara çatıb.Bazar ertəsi kriptovalyuta bazar kapitallaşması bütün dövrlərdə ən rekord həddə - 2 trilyon dollara çatıb.
Marja xəbər verir ki, kriptovalyuta məlumatları və bazar şərtlərinin izləyicisi CoinGecko və Blockfolio son aylarda bu sahədəki gəlirlərin həm institusional, həm də pərakəndə nvestorların iri miqyaslı marağını cəlb etdiyini açıqlayıb.
Mart ayında indiyə qədərki ən böyük rekordu olan 61 min dolları keçən Bitkoin hazırda 59 min dollardan təklif edilir. Analitiklər qiymətin 53 min dollardan yuxarıda qaldığı müddətdə Bitkoinin 1 trilyon dollarlıq bazar kapitallaşmasını saxlayacağını bildirirlər. Bazarda həcminə və qiymətinə görə ikinci böyük kriptovalyuta olan Ethereum 1,3% artaraq, 2103 dollardan satılır. Onun bazar kapitallaşması dünən 244 milyard dollara çatıb.
Kriptovalyuta birjası Bitfinex-in baş texnologiya direktoru Paolo Ardoino Bitkoin və Ethereuma marağın həddən artıq böyük olduğunu qeyd edib: “Bu sənaye yetkinləşdikcə, biz daha çox blokçeyn əsaslı tətbiqetmələrin bazar çıxacağını gözləyirik. Bu isə alternativ aktivlərin meydana gəlməsi deməkdir”.
Blokçeyn məlumatlarının provayderi Glassnode şirkəti isə Bitkoinin bir həftədən çoxdur 1 trilyon bazar kapitallaşmasını qoruyub saxlaya bilməsini bütövlükdə kriptovalyuta aktivlərinə inamın göstəricisi kimi xarakterizə edib.
Bitkoin ilin əvvəlindən 100%, Ethereum isə 190% dəyər qazanıb. Kriptovalyuta bazarının bu qədər sürətlə böyüməsinin səbəbi bir çox iri korporasiyaların, o cümlədən texnologiya nəhəngi Teslanın və ABŞ bankı BNY Mellonun bu sahəyə ciddi yatırımlar etməyə başlamasıdır. 35 milyard dollarlıq açıq investisiya fondu və ən çox bitkoin saxlayanlardan biri Grayscale Bitcoin Trust isə tezliklə birjalarda satışlara başlayacaq fonda çevrilməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)







