Qumardan gələn qazanc - 650 milyon dollar!
Yaxud İngiltərə baş nazirindən 3100 dəfə çox qazanmaq maraqlı hiss olsun gərək...
Marja xəbər verir ki, Böyük Britaniyanın onlayn mərc oyunları saytı www.bet365.com -un rəhbəri Denise Koates ötən il 469 milyon funt-sterlinq (650 milyon dollar) həcmində qazanc əldə edib. Şirkətin baş icraçı direktoru olan Xanım Koatesin əməkhaqqısı bir ildə 52% artaraq, 421 milyon funta çatıb. Əlavə 28 milyon funt isə Koatesə səhmlərin 50 faizinin sahibi kimi dividend olaraq ödənilib.
Bu göstərici ilə artıq ardıcıl bir neçə ildir ki, Dumanlı Albionun ən çox maaş alan şirkət rəhbəri olan Koates Böyük Britaniya baş nazirinin rəsmi əmək haqqından (təxminən illik 150 min funt) 3100 dəfə çox qazanır. Onun bir saata qazandığı 54 min funt yekunda İngiltərənin 100 ən böyük şirkət rəhbərlərinin aldığı əmək haqqından yüksəkdir. Xanım Koates TetraPak şirkətinin əsas payçılarından olan Marit və Kirsten Rausing, dünyanın ikinci ən böyük içki istehsalçısı Heineken-in 25%-nin sahibi Şarlen de Karvalyo-Heineken və bəstəkar, keçmiş Miss UK titulunun qalibi Kirsti Bertarellidən sonra Böyük Britaniyanın beşinci ən varlı qadın biznesmenidir.
2000-ci ildə eBay-dan aldığı domen adı ilə Bet365-i quran Denise Koates həm də Böyük Britaniyalı milyarder, Stok Siti futbol klubunun sahibi Peter Koatesin qızıdır. Hazırda ailənin ümumi varidatı 7 milyard funt-sterlinq (9,7 milyard dollar) qiymətləndirilir. Pandemiya səbəbindən beynəlxalq idman yarışlarının əksəriyyətinin ləğv edilməsi Bet365-in də səhmlərini 8% - 2.8 milyard funta kimi ucuzlaşdırıb. Ötən il şirkətin mənfəəti 74% azalıb, lakin bu ona rəhbər işçilərə kifayət qədər yüksək maaş və bonuslar ödəməkdə mane olmayıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
6 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
8 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
8 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
8 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
9 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
