Dollar Fed gözləntisi ilə bahalaşır
Bloomberg Dollar Spot İndeksi, ABŞ pul vahidinin Avro, Yen və Avstraliya dolları qarşısında son bir neçə həftənin ən yüksək səviyyələrinə qalxması ilə yüksəlir. Dollar iki gündür bahalaşır.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
"Marja" xəbər veri ki, Klivlend Fed sədri Loretta Mesterin Bazar Ertəsi günü etdiyi şahin tonlu nitqi Dolları dəstəkləyib. Fed-in İyun ayında faiz artıracağı ehtimalı, keçən həftəki səviyyəsi olan 68%-dən 80%-ə qalxıb. Fed-də Neel Kashkari, James Bullard və digərlərinin edəcəyi çıxışlar, İyun ayındakı iclasda faizin 25 faiz bəndi artırılacağına dair gözləntiləri gücləndirə bilər.
Klivlend Fed sədri Loretta Mester, Fedin faizləri artırmağı gecikdirməsi halında bunun iqtisadiyyatda durğunluğa səbəb ola biləcəyini deyib.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Ancaq Dolların bahalaşması, artan məşğulluğun maaşların artması və inflyasiyanın sürətlənməməsi ilə davam etməyə bilər. Fed inflyasiyanın 2%-ə qalxmasını gözləyir.
Bazar Fed-in bu il 2 dəfə faiz artıracağını gözləyir və belə bir proqnoz Yanvar ayından bu yana aşağı səviyyədə qalan Dolların yenidən bahalaşmasına yol aça bilər.
Dollar Yen qarşısında 113.83-ə çataraq 15 Martdan bu yana ən güclü səviyyəsinə çatıb.
Avro dollar qarşısında, Fransa seçkilərinin ardından katalizator qalmaması ilə iki gündür ucuzlaşır. Avro/Dollar məzənnəsi 0,3% gerləyərək 1.0885 səviyyəsinə düşüb. Qeyd edək ki, Avro Dollar qarşısında Fransada Emmanuel Makronun qələbəsi ilə əlaqədar bahalaşmışdı (Avro/Dollar 1.10 səviyyəsinə qalxmışdı). Seçki arxada qaldığından və Fed-in faiz artıracağı gün yaxınlaşdığından Avro ucuzlaşır, Dollar bahalaşır.
Dolların mühüm valyutalar qarşısında daha da bahalşaması və ABŞ-da neft hasilatının artması ilə əlaqədar olaraq neft ucuzlaşa və belə bir vəziyyət Azərbaycan Manatı üzərində yenidən təzyiq yarada bilər.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
17 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
17 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















