Əkin subsidiyası əmsalları artırıldı
Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırdıAqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib.
Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb.
Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.
Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:
Bitki növləri | 09.12.2020 təsdiqlənən əkin əmsalı | Əkin subsidiyası (manat/ha) | Yanacağa görə əlavə (manat/ha) | Yeni əkin əmsalı | Cəmi əkin subsidiyası (yeni) (manat/ha) |
Buğda: |
|
|
|
|
|
əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə | 1,0 | 200 | 40 | 1.2 | 240 |
əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə | 0,8 | 160 | 20 | 0.9 | 180 |
Çəltik | 1,4 | 280 | 40 | 1.6 | 320 |
Soya | 1,3 | 260 | 20 | 1.4 | 280 |
Qarğıdalı | 0,8 | 160 | 40 | 1.0 | 200 |
Darı | 0,8 | 160 | 20 | 0.9 | 180 |
Sorqo | 0,5 | 100 | 40 | 0.7 | 140 |
Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.) | 0,8 | 160 | 20 | 0.9 | 180 |
Qarabaşaq | 0,9 | 180 | 40 | 1.1 | 220 |
Yer fındığı | 0,9 | 180 | 40 | 1.1 | 220 |
Zəfəran | 2,0 | 400 | 40 | 2.2 | 440 |
Günəbaxan: | 1,0 | 200 | 40 | 1.2 | 240 |
Tütün | 1,4 | 280 | 40 | 1.6 | 320 |
Pambıq | 1.1 | 220 | 40 | 1.3 | 260 |
Şəkər çuğunduru | 1,4 | 280 | 50 | 1.65 | 330 |
Kartof | 1,2 | 240 | 40 | 1.4 | 280 |
Tərəvəz | 1,2 | 240 | 20 | 1.3 | 260 |
Bostan bitkiləri | 1,1 | 220 | 20 | 1.2 | 240 |
Yonca | 0,25 | 50 | 20 | 0.35 | 70 |
Digər bitkilər | 0,5 | 100 | 30 | 0.65 | 130 |
Üzüm: |
|
|
|
|
|
bağın salındığı ildən ilk 4 il ərzində | 3,0 | 600 | 40 | 3.2 | 640 |
4 ildən sonrakı illər üzrə | 1,2 | 240 | 10 | 1.25 | 250 |
Çay: |
|
|
|
| |
plantasiyanın salındığı ildən ilk 7 il ərzində | 3,5 | 700 | 40 | 3.7 | 740 |
7-ci ildən sonrakı illər üzrə | 1,2 | 240 | 10 | 1.25 | 250 |
İntensiv meyvə bağları: |
|
|
|
|
|
bağın salındığı ildən ilk 4 il ərzində | 3,5 | 700 | 30 | 3.65 | 730 |
4 ildən sonrakı illər üzrə | 1,2 | 240 | 10 | 1.25 | 250 |
Digər meyvə bağları | 1,2 | 240 | 10 | 1.25 | 250 |
Giləmeyvəlilər | 1,0 | 200 | 30 | 1.15 | 230 |
Təkrar əkinlər | 0,3 | 60 | 26 | 0.43 | 86 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
9 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
9 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
10 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
10 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
10 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























