Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr
Biri Amerika, digəri Asiya qitəsində!Microsoft 7,5 milyard dollar, Panasonic isə ən azı 6,5 milyard dollar xərcləyəcək.
Koronavirus pandemiyası bütün dünyada kəskin iqtisadi durğunluğa səbəb olsa da, onlayn oyunlar və elektron proqramlaşdırma sektoru əsl baharını yaşayır.
Marja xəbər verir ki, Avropa Komissiyası ABŞ-ın Microsoft Korporasiyası və onlayn oyunlar sahəsində ixtisaslaşmış Bethesda Softwares-in ana şirkəti ZeniMax arasında sövdələşməni təsdiqləyib.
Bu, 2014-cü ildə Minecraft oyunun proqramçısı Mojanga 2,4 milyard dollar ödəyən Microsoft-un tarixində oyun sənayesi sahəsində ən böyük sövdələşmədir. 7,5 milyard dollar vəsait xərcləməli olan Microsoft bununla da Fallout, the Elder Scrolls, Doom və Wolfenstein kimi məşhur oyunlar proqramçısının yeni sahibinə çevriləcək.
Okeanın o tayında – Yaponiyada isə Panasonic 2011-ci ildən bəri ən böyük sövdələşməsinə gedir: korporasiya ABŞ-ın ən iri proqram təchizatçılarından olan və təchizat zəncirinin idarə olunması, anbar xidmətləri və logistika sahəsində qlobal elektron proqramlar həllində liderlik edən Blue Yonder firmasını 700 milyard yenə (6,5 milyard dollara) satın alacaq.
Panasonic ötən il Blue Yonderin 20% səhmlərini satın almışdı, bu sövdələşmə isə digər səhmdarların, o cümlədən Blackstone Group Inc.-in malik olduğu qalan payların Panasonic-ə keçməsini təmin edəcək. Yaponiya korporasiyası bununla da özünün avadanlıq təminatı, sensorlar və digər yüksək texnoloji cihazlar istehsalını proqramlaşdırma sənayesi ilə birləşdirmək və qlobal bazarda daha böyük paya sahib olmaq iddiasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin

















.jpg)



