Sığorta Bürosu pullarını bu banklarda saxlayır
İcbari Sığorta Bürosu 2016-cı ilin yekunları üzrə “Maliyyə və investisiya” fəaliyyəti barədə məlumatları açıqlayıb.
“Marja” xəbər verir ki, Büronun 2016-cı il üçün büdcəsində gəlirlər 8 884 000 manat planlaşdırılmış, faktiki daxilolmalar isə 9 302 000 manat təşkil etmişdir, bu da büdcədə nəzərdə tutulandan 418 000 manat çox olmuşdur. 2016-cı ildə iştirakçı sığortaçıların reyestrə daxil edilməsi ilə əlaqədar 200 000 manat iştirak haqqı və 1 000 000 manat təminat depoziti daxil olmuşdur. 2016-cı il ərzində iştirakçı sığortaçıların müəyyən edilmiş qaydada Büroya ödədiyi təqvim haqlarının ümumi məbləği 6 692 866 manat təşkil etmişdir.
Büronun banklarda yerləşən depozit hesablarından 1 336 042 manat məbləğində faiz gəliri daxil olmuşdur.
Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaiti 30 000 manat təşkil etmişdir. İtirilmiş, korlanmış və Büroya qaytarılmayan blanklara görə daxilolmalar 32200 manat və Büronun subroqasiya hüququnun həyata keçirilməsi nəticəsində daxilolmalar 10 891 manat olmuşdur. 5 Büronun 2016-cı il üçün büdcəsində xərclər 6 049 040 manat planlaşdırılmışdır, faktiki xərclər isə 5 218 492 manat təşkil etmişdir, bu da büdcədə nəzərdə tutulandan 830 548 manat, yəni 14 % az olmuşdur.
Xərclər Büronun 2016-cı il üçün təsdiq olunmuş büdcəsində nəzərdə tutulan istiqamətlərə sərf olunmuşdur.
İNVESTİSİYA OLUNAN VƏSAİTLƏR 21 FAİZ ARTIB
01.01.2016-cı il tarixinə investisiya portfeli 29 465 596 manat təşkil etmişdir. İnvestisiya olunan vəsaitlərin ümumi həcmi 2016-cı il ərzində 6 086 024 manat (21%) artaraq 31.12.2016-cı il tarixinə 35 551 620 manat olmuşdur. Risklərin azaldılması məqsədilə sərbəst vəsaitlər manat, avro və ABŞ dollarında investisiya olunmuşdur. 31.12.2016-cı il tarixinə Büronun cari valyuta hesablarında 1 578 598 manat ekvivalentində vəsait mövcud olmuşdur. Büronun avro hesabında 112 120 avro və ABŞ dolları hesabında 773 458 ABŞ dolları məbləğində vəsait mövcud olmuşdur. 2016-cı il üzrə depozit hesabları və faiz dərəcələri üzrə məlumat Əlavədə göstərilmişdir.
7 YERLİ BANKA DEPOZİT YERLƏŞDİRİB
İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda fəaliyyət göstərən 7 kommersiya bankına depozit yerləşdirib.
Hesabata əsasən, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “AGBank”, “PAŞA Bank” və “Azər-Türk Bank” ASC-lər, “Accessbank” və “Yapı Kredi Bank (Azərbaycan)” QSC-lər, eləcə də ləğvetmə prosesində olan “Bank Standard” QSC-dir.
Bundan başqa, Büro “Yaşıl Kart” sisteminə üzvlüklə bağlı Belçikanın “KBC Bank”ına da 5 mln. avro depozit qoyub, eləcə də “K-Group”un veksellərinə 2,2 mln. manat yatırıb.
Hesabata əsasən, 2016-ci ildə İSB-nin manatla depozitləri 13,3% azalaraq 9,8 mln. maata düşüb, dollarla depozitləri 55,6% artaraq 8,632 mln. manata, avro ilə depozitləri isə 0,6% artaraq 5,615 mln. manata çatıb. Depozitlərin illik gəlirliliyi 0,3%-dən 14%-ə qədər dəyişir.
Büronun 2016-cı il ərzində fəaliyyətinə dair hesabata buradan ətraflı baxa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı





















