BofA: II rübdə neftin qiyməti 70 dollara qədər sıçraya bilər

“Bank of America Global Research” (BofA) analitikləri bu il üzrə “Brent” markalı neftin orta qiyməti üçün proqnozunu daha əvvəl gözlənilən 50 dollar/barel səviyyəsindən 60 dollar/barelə qaldırıblar. Eyni zamanda onlar ikinci rübdə kotirovkalarda bir barel üçün 70 ABŞ dollarına qədər müvəqqəti sıçrayış ehtimalını da istisna etmirlər.
Keçən il mütəxəssislər COVID-19-a qarşı peyvəndin yaranmasını, OPEC+ razılaşmasının saxlanmasını, həmçinin pandemiya səbəbindən tətbiq edilən lokdaunların daha lokal xarakterli olmasını neft bazarının artımını dəstəkləyəcək üç əsas amil olacağını gözləyirdilər.
“Proqnozlarımız əsasən doğru çıxıb, hərçənd qiymətlərin gözləntilərimizi üstələdiyini də etiraf etmək lazımdır. Bu səbəbdən 2021-ci ildə “Brent” markalı neftin orta qiyməti üçün proqnozumuzu 60 dollar/barelə qaldırırıq”, - bankdan verilən açıqlamada deyilir.
BofA analitikləri qısamüddətli perspektivdə neft bazarı üçün ən əhəmiyyətli eniş amilinin İran olduğunu düşünürlər. Belə ki, İran o qədər də yüksək tələbat olmadığı halda tədarükü gündəlik 2 milyon barel artıra bilər.
“Bank of America Global Research” analitiklərinin bildirdiyinə görə, Texasdakı şaxtalı hava qlobal ehtiyatların 50 milyon barel azalmasına səbəb olacaq və bu da qiymətləri dəstəkləyəcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədə yerləşən törəmə “SOCAR Trading SA” şirkətinin baş ticarət direktoru Xəyal Əhmədzadə müsahibələrindən birində demişdi: “Yay aylarında və ya ilin sonuna qədər neftin bir barrelinin qiymətini 80 ABŞ dollarına və yaxın 18-24 ay ərzində bir barrel üçün 100 ABŞ dolları qiymətinin üzərində görsəm, təəccüblənmərəm”.
“JPMorgan” analitiklərinin fikrincə isə, neft qiymətləri bir barel üçün daha 5-10 ABŞ dolları arta bilər.
“Report”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 10 saat əvvəl
-
10 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
10 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
11 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 11 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
