Kapital Bank terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu
(®️) Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri marketlər şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.
Bir sıra üstün funksiyalara malik terminallar vasitəsilə artıq USD və EUR valyutasında mədaxillərin qəbulu funksiyası aktivləşdirilib. Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkün olub. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.
Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.
Ödəniş terminallarının əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
22 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















