2021-də sahibkarlara 130 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur
Fevralın 9-da İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığın İnkişafı Fondu (SİF) 2020-ci il üzrə fəaliyyyətinin yekunlarına dair videoformatda brifinq keçirib.
Marja xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Kənan Nəcəfov Fond tərəfindən görülmüş işlər və perspektiv planlar barədə məlumat verib. Bildirilib ki, 2020-ci ildə SİF tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 57%-i aqrar sektorun (istehsal və emal), 43%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79%-i regionların, 21%-i isə Bakı qəsəbələrinin payına düşür.
Kənan Nəcəfov məlumat verib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə ötən ilin iyun ayından iki proqramın - kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanıb. Qeyd edilib ki, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq rəqəmsal Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. 2020-ci ildə bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Bu müraciətlərdən kredit tələbatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilmişdir. Zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 86.1 milyon manat təşkil edir. Zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74.8 milyon manat olmuşdur.
Digər dəstək mexanizmi olan sahibkarların 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat faiz subsidiyasının verilməsi nəzərdə tutulur ki, bunun da 50 milyon manatı dövlət büdcəsinin, 50 milyon manatı isə Fondun vəsaiti hesabına həyata keçirilir. Bu mexanizmə əsasən, faiz subsidiyası sahibkarların 10 mart 2020-ci il tarixinə mövcud kreditləri üzrə kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında 12 ay ərzində verilir. Ötən il bu mexanizm çərçivəsində sahibkarların kredit qalığı 483 milyon manat 1992 müraciəti üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərarlar qəbul edilib və artıq 1365 kredit üzrə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib.
Tədbirdə SİF-in strateji planları barədə də məlumat verilib. Qeyd edilib ki, qarşıda duran əsas strateji hədəflər sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması və inkişafına dəstək, həmçinin Fondun dayanıqlı inkişafının təmin edilməsidir. Bu məqsədlə Fond tərəfindən xüsusi Tədbirlər Planını hazırlanıb və artıq icrasına başlanılıb.
Bildirilib ki, 2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















