"AzerGold" ötən il dövlət büdcəsinə 13 milyon manat ödəniş edib

2020-ci ildə "AzərGold" QSC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10,7 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna isə 2,2 milyon manat, ümumilikdə 12,9 milyon manat ödəniş edib.
Bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il "AzerGold"un dövlət büdcəsinə ödənişləri əvvəlki ilə nisbətən 6% artıb. Qurumun fəaliyyəti dövründə büdcə ödənişləri isə 40,8 milyon manata çatıb.
Bundan başqa, Z.İbrahimov deyib ki, 2020-ci ildə "AzerGold" nizamnamə kapitalını 50 milyon manat və yaxud 5,2 dəfə artıraraq 62 milyon manata çatdırıb: “Bu artımın 15 milyon manatı bölüşdürülməmiş mənfəətimizin hesabına olub”.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
6 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
18 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
35 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 43 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
1 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
