PAŞA Bank kart sahibləri üçün PAŞA Sığortadan “Unikal” könüllü tibbi sığorta məhsulu
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, plastik kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir. Beləliklə, PAŞA Bank kart sahibi olan bütün müştərilər PAŞA Sığorta tərəfindən təqdim edilən “Unikal” fərdi tibbi sığorta məhsulunun üstünlüklərindən yararlana bilər.
Bu məhsul, hazırkı dövrdə tibbi sığorta sahiblərinin bir sıra istəklərini özündə cəmləşdirib. Belə ki, “Unikal” könüllü tibbi sığorta məhsulunu əldə edən müştərilər təcili tibbi yardım, təcili stomatoloji yardım, təcili tibbi daşınma və evakuasiya, stasionar müalicə və müalicə zamanı dərman vasitələri ilə təminatla yanaşı, digər əlavə tibbi xidmətlərdən də yararlana biləcək.
“Unikal” könüllü tibbi sığorta məhsulundan faydalanmaq istəyən müştəriyə “Emergency”, “Classic+”, “Silver” və “Gold” adları ilə fərqləndirilən könüllü tibbi sığorta proqramlarından birini seçmək təklif olunur. Hər sığorta proqramı üçün təyin edilmiş sığorta haqqı müvafiq olaraq, 300 AZN, 600 AZN, 800 AZN və 1000 AZN məbləğindədir. Tibbi sığorta zamanı sığortalılar üçün nəzərdə tutulan təminat məbləği isə müvafiq olaraq, 5000 AZN, 10000 AZN, 15000 AZN və 20000 AZN təşkil edir. “Gold” könüllü tibbi sığorta proqramını digər proqramlardan fərqləndirən əsas üstünlük isə müştərilər üçün illik profilaktik tibbi müayinə (check-up) təminatının da paketə daxil edilməsidir.
Əlavə şərt olmadan, müştərilərin bu məhsulu həm öz istifadəsi, həm də ailə üzvləri (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övlad) üçün əldə etmə imkanına sahib olması “Unikal” tibbi sığortanın əsas üstünlüklərindəndir.
Yeni “Unikal” könüllü tibbi sığorta məhsulunu əldə etmək üçün bu keçidə daxil olun.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
21 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 21 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)



