“MuğanBank” xalis mənfəətə çıxdı - MALİYYƏ VƏZİYYƏTİ
“Muğanbank” ASC 2020-ci ili 707 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2019-cu ili 8 milyon 307 min manat xalis zərər ilə bağlamışdı. Zərər mümkün (gözlənilən) zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 275 min manat ayrılamsı ilə əlaqədar idi.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “MuğanBank”ın 2019-cu ildə cəmi əməliyyat gəlirləri 45 milyon 857 min manat, cəmi əməliyyat xərcləri 48 milyon 76 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 2 milyon 219 min manat təşkil edib. Eyni zamanda əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 926 min manat hesabına həm əməliyyat zərəri bağlanıb, həm də xalis mənfəət formalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 58 milyon 281 min manat, cəmi əməliyyat xərcləri 56 milyon 313 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 968 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 275 min manat ayırdığından həmin ili 8 milyon 308 min manat xalis zərər ilə bağlamışdı.
2020-ci ildə ehtiyata vəsaitin ayrılmaması, əksinə ehtiyatın bir hissəsinin azad olması "Muğanbank"ın aktivlərinin keyfiyyətinin yaxşılaşdığına işarədir. Gözlənilən zərər reallaşmadığından ehtiyata ayırma dayanıb və yaradılmış ehtiyat da azad olmağa başlayıb.
İPOTEKA KREDİTLƏRİ PORTFELİ ARTIB
"Muğanbank" 2020-ci ilin sonunda 590 milyon 906 min manat cəmi aktivlərə, o cümlədən 335 milyon 946 min manat kredit portfelinə malik olub. Ötən il Bankın cəmi daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 8 milyon 324 min manat artaraq 111 milyon 46 min manata yüksəlib. "Muğanbank"ın biznes kreditləri portfeli 200 milyon manatdan çoxdur.
31 Dekabr 2020-ci il tarixində "Muğanbank"da cəmi depozitlər 278 milyon 681 min manat, o cümlədən fiziki şəxslərin depozitləri 209 milyon 299 min manat təşkil edib.
MƏCMU KAPİTALI 11 MİLYON MANATA YAXIN ARTIB
Ötən ilin sonunda "Muğanbank" 91 milyon 697 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2019-cu il tarixində “Muğanbank” 81 milyon 80 min manat məcmu kapitala malik idi.
2019-cu ilin sonuna olan məlumata görə, "Muğanbank"ın səhmdarları Elmir Mehdiyev (66,17%), Maqbet Mehdiyev (12,14%), Vəfa Vəliyeva (11,17%) və Fəridə Mehdiyevadır (10,52%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























