Parkinq KASKO avtomobil sığortasını İnsure.az-da onlayn əldə edin
(®️) Artıq PAŞA Sığorta şirkətinin minimum qiymətlə üstün təminatlar təklif edən Parkinq KASKO məhsulunu Insure.az sığorta portalında onlayn əldə etmək mümkündür.
Hər zaman innovativ həllərlə çıxış edən PAŞA Sığorta şirkəti Azərbaycanın ilk onlayn sığorta portalı olan Insure.az ilə birgə əməkdaşlıq çərçivəsində müştərilərin rahatlığı və sığorta məhsullarının əlçatanlığını təmin etmək üçün yeni xidmət təqdim edir.
Beləliklə, indi KASKO əldə etmək istəyən avtomobil sahibləri Insure.az portalının KASKO bölməsinə daxil olaraq cəmi bir neçə dəqiqə ərzində şəxsi və avtomobil məlumatlarını daxil edib Parkinq KASKO məhsulu üzrə müraciətlərini asanlıqla rəsmiləşdirə bilərlər.
Bunun üçün cəmi 99 AZN sığorta haqqı ödəməklə avtomobili 1 illik müddətə 10.000 AZN təminatla sığortalamaq mümkündür. Parkinq KASKO məhsulu 5.000-150.000 AZN bazar dəyərinə malik avtomobillərə atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, qaçırma, soyğunçuluq, yanğın, partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklər nəticəsində yaranacaq zərərlərə təminat verir.
Qeyd edək ki, ölkədə ilk dəfə 14 aparıcı sığorta şirkətinin xidmətlərini bir platformada birləşdirən İnsure.az, bir il ərzində 20.000 sığorta müqaviləsi bağlamaqla 1.500.000 manat sığorta haqqı toplayan Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalıdır.
"PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" şirkəti 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərməklə kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















