Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib - MƏBLƏĞLƏR

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.
İqtisadiyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.
Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174.316 muzdlu işçini əhatə edən 18.845 vergi ödəyicisinə 39,06 mln. manat həcmində maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.
Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.
Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində vergi ödəyicilərinə 4 mərhələdə ümumilikdə 246 mln. manatdan çox, fərdi (mikro) sahibkarlara isə 112,17 mln. manatdan çox olmaqla, ümumilikdə 358,2 mln. manata yaxın maliyyə vəsaiti ödənilib.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.
Ətraflı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
24 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 30 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
2 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 2 saat əvvəl
Son Xəbərlər

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
Ən çox oxunanlar

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
