“Yapı Kredi Bank Azərbaycan” 27 aztəminatlı ailəyə sahibkarlıq fəaliyyətində dəstək olub
®️“Yapı Kredi Bank Azərbaycan” QSC korporativ sosial məsuliyyət layihələrinə önəm verərək aztəminatlı ailələrin dayanıqlı gəlir yerini temin etməsinə dəstək olmağa çalışır.
Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq, aztəminatlı ailələrin təqdim etdiyi biznes təşəbbüslərinin reallaşmasına töhvə vermişdir.
Bank ötən ilin sonunda sonuncu 5 ailəyə biznes fəaliyyəti üçün lazımlı avadalıqlar verərək, ili 27 ailəyə dəstək ilə başa vurmuşdur.
Belə ki, broyler sexi qurmaq üçün hazırladığı biznes planına uyğun olaraq bir neçə aztəminatlı ailəyə lazım olan avadanlıqlar bank tərəfindən təqdim edilmişdir. Qənbərova Fidan, Kərimov Anar və Adilov Camal artıq broyler sahəsində sahibkarlıq fəaliyyətinə başlamışdır.
Qasimova Resmiyəyə dərzilik sahəsində sahib olduğu təcrübə və bacarığını tətbiq edərək kiçik dərzi atelyesini qurması üçün lazım olan bütün avadanlıqlar bank tərəfindən təmin edilmişdir.
Un məmulatları sexi qurmaq istəyən Mustafayeva Şəlalə və Adıgözəlova Salatın xanım bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi üçün texniki təchizata ehtiyacı olduğunu bildirmişdir. “Yapı Kredi Bank Azərbaycan” QSC lazım olan bütün avadanlıqları alaraq həmin şəxslərə təqdim etmişdir.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” QSC ötən ilin may ayından etibarən 27 aztəminatlı ailənin öz işini qurması üçün bütün lazımlı avadanlıqları təmin etmişdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















