Qida Təhlükəsizliyi Agentliyinin sədri Aparat rəhbəri təyin etdi
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qurumun Aparat rəhbəri təyin edilib.
Marja Agentliyə istinadən xəbər verir ki, E. Mikayılov Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya üzrə bakalavr və magistr, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb, iqtisad üzrə fəlsəfə doktorudur.
O, əmək fəaliyyətinə 2007-ci ildə başlamış, bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışmışdır. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.
E. Mikayılov 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri, 2018-ci ilin may ayından Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb.
Bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 1 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















