Tarif Şurasının qərarından sonra marketlərdə qiymətlər yüksələ bilər
Tarif Şurası yanacağın bahalaşmasının kənd təsərrüfatı və avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahələrinə mənfi təsir etməyəcəyini gözləsə də, marketlərdə məhsulların satış qiymətləri yüksələ bilər.
Marja-nın məlumatına görə, qida məhsulları istehsalı üçün tələb olunan xammallar istehsal müəssisəsinə, hazır məhsullar da istehsal müəssisəsindən satış nöqtələrinə nəqliyyat vasitələri ilə daşınır. Aİ-92 markalı benzinin 11%, dizel yanacağının isə 33% bahalaşması istehsal və ticarət şirkətlərinin xərclərini artıracaqdır. Tarif Şurasının qərarından sonra marketlərdəki qiymət artımlarına görə istehsal və ticarət şirkətlərini qiymətləri süni artırmaqda ittiham etmək əsassızdır. Yəni, qiymət artımları əsaslı olacaqdır.
Ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlər nəzərdə tutulub. Təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur. Kənd təsərrüfatında fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq.
Fermerlərə verilən subsidiyanın artırılması aqrar məhsulların bahalaşmayacağını istisna etmir. Çünki meyvə və tərəvəzlər bölgələrdən satış nöqtələrinə ticarətçilər tərəfindən nəqliyyat vasitələri ilə daşınır. Daşıma xərclərinin artması meyvə və tərəvəz qiymətlərinin də yüksəlməsinə səbəb ola bilər.
Yanacaqların bahalaşması dolayı yolla digər sahələrdə də qiymət artımlarına səbəb ola bilər. Bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində də artım baş verəcəyi gözələnilir.
Eyni zamanda, yanacaqların bahalaşması şəxsi avtomobilləri ilə işə gedib gələnlərin xərclərini artırır. Bununla əlaqədar olaraq şirkətlər işçilərin əməkhaqlarını yüksəltmək məcburiyyətində qala bilərlər. Belə olan halda məhsul və xidmətlərin maya dəyəri, yekunda da pərakəndə satış qiymətləri yüksələcəkdir.
Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarına əsasən, yanvarın 5-dən Azərbaycanda "Aİ-92" benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək artırılıb.
Hökumət bəyan edib ki, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
-
44 d. əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
-
1 saat əvvəl
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
-
3 saat əvvəl
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Ən çox oxunanlar
Yanvarın 9-da gözlənilən hava şəraiti
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
"Mən hələ Xəzər dənizinin potensialını demirəm. Azərbaycan bölgənin böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq"
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"







.jpg)
















