SOCAR-dan qazı alıb, SOCAR-a satacaq – VASİTƏÇİ YARADILDI
Nazirər Kabinetinin qərarı ilə 2021-ci il 1 yanvar tarixindən etibarən ölkə daxilində təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
Marja xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Samir Əliyevə görə, Bu qərarda sual doğuran məqamlar var:
“Məsələn, belə çıxır ki, "Azərkontrakt" SOCAR-dan qazı alıb "Azəriqaz"a satacaq. Yəni şirkətdən (SOCAR) qazı alıb yenidən həmin şirkətə (Azəriqaz) satacaq. Burda fayda nədir? Məşhur lətifədə olduğu kimi - hər şey olduğu kimi qalır, sadəcə kağız-kuğuz işi artır. Belə çıxır ki, "Azərkontrakt" vasitəçilik edəcək və təbii olaraq qazanc götürəcək. Olmazdımı "Azəriqaz"ı SOCAR-dan ayırıb müstəqil şirkətə keçirtsinlər? Bu halda qarşılııqlı nəzarət də olacaq. Biz dövlət xidmətlərində özəl sektorun iştirakını gözlədiyimiz halda daha bir dövlət şirkəti həlqəyə daxil edilir. Əmin deyiləm ancaq belə təəssürat yaranır ki, sabah analoji addım elektrik enerjisi sektoruna da tətbiq edilə bilər. "Azərenerji" elektrik enerjisini "Azərkontrakt"a satacaq, o da faizini götürüb "Azərişığ"a. Hər halda suallar çoxdur. Ümid edək qərar qəbul edənlər ictimayyətə geniş izahat təqdim edəcəklər”.
""Azərkontrakt" ASC təbii qazın topdan satışı ilə məşğul olacaq"
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib ki, əhali və qeyri-əhali abonentlərinə qazın satışını əvvəlki kimi "Azəriqaz" həyata keçirəcək.
“Bu günədək SOCAR həm təbii qazın hasilatını, həm də təbii qazın daxili bazarın istehlakçıları və paylayıcılarına (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) satışını həyata keçirirdi.
Nazrlər Kabinetinin dünənki qərarında qeyd edilən tarixdən sonra isə satış prosesinin tənzimlənməsi artıq "Azərkontrakt" ASC tərəfindən həyata keçiriləcək. Başqa hər hansı dəyişiklik yoxdur. "Azərkontrakt" ASC təbii qazın topdan satışı ilə məşğul olacaq. Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək. Dünyanın əksər ölkələrində topdan satış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim respublika üçün də yeni bir islahat hesab edə bilərik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
- 24 d. əvvəl
-
42 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
54 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!




























