Bolmart-ın 21-ci filalı Şuşada açılıb - VİDEO
Bolmart marketlər şəbəkəsinin 21-ci filialı Şuşa şəhərində fəaliyyətə başalyıb.
Bu barədə Şirkətin yaydığı məlumatda bildirilir
Məlumatda deyilir:
"Şuşa- Azərbaycan xalqı üçün milli qürur və ləyaqət nümunəsi, mədəniyyətimizin beşiyi, doğma torpağımızın hər bir diyarı kimi müqəddəs məkan, itirilməsi həzm edilməyəcək vətən parçası və bütöv Azərbaycan xəyalımızın ilk addımıdır!
Qarabağın “Kiçik Parisi” adlandırılan Şuşa şəhəri 8 Noyabr 2020-ci il tarixində cənab prezident, Ali baş komandan İlham Əliyevin başçılığı və şanlı ordumuzun qətiyyətli mübarizəsi ilə düşmən tapdağından azad edildi! Qarabağda o cümlədən Şuşada sosial iqtisadi həyatın yenidən bərpa olunması istiqamətində bir çox addımlar atılır və quruculuq işləri həyata keçirilir.
Şuşada ilk çörək və şirniyyat mağazası “Azcake” MMC-nin açılışından sonra Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən Bolmart supermarketlər şəbəkəsinin Şuşa şəhərində ilk filialı açıldı. Hər iki müəssisənin açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yerinə yetirilmişdir. Şuşada Bolmart marketin filialının açılmasının birbaşa təşəbbüskarları son 10 ildə pərakəndə sektoruna yeniliklər gətirən və bu sahəni inkişaf etdirən, o cümlədən ölkə sərhədlərini aşan ilk supermarket layihəsinin də rəhbərliyini həyata keçirən Turan Özbahceci və Eşqin İsmailli olmuşdur. Şuşada fəaliyyətə başlamış Bolmart şəbəkənin sayca 21-ci filialıdır.
Yalnız Şuşada deyil, Qarabağın digər rayonlarında o cümlədən Hadrutda da Bolmartın növbəti filialının açılışı planlaşdırılır. “Süfrəniz bol olsun” sloqanı ilə fəaliyyətə göstərən Bolmart marketlər şəbəkəsinin əsas məqsədi Azərbaycanın, eləcədə Qarabağın hər bir nöqtəsində Azərbaycan Respublikasının vətəndaşlarının yüksək xidmət və üstün keyfiyyətlə qeydinə qalmaqdır.
Unutmayaq ki, Şuşa bizim ruhumuzun şəhəridir, Onun azad edilməsi ilə Azərbaycan xalqı yenidən doğuldu. Hazır ki məqsədimiz Şuşanı yenidən dirçəltmək və Azərbaycanı dünyanın ən gözəl ölkəsinə çevirməkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 35 d. əvvəl
-
53 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!


























