Bugünədək sahələrdən 6936,2 ton tütün yığılıb - OPERATİV MƏLUMAT
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, sahələrdə tütün yarpağı yığımı yekunlaşmaq üzrədir. Fermerlər tərəfindən 6936,2 ton tütün yığılıb, qəbul məntəqələrinə 6520 ton quru tütün təhvil verilib.
Tütünçü fermerlər tərəfindən aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil seçimi bu il orta məhsuldarlıq göstəricisinin yüksəlməsinə səbəb olub.
Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il yığım prosesi tam yekunlaşmasa da, orta məhsuldarlıq ötənilki göstəricidən yüksəkdir. Hazırda tütün yarpağı üzrə orta məhsuldarlıq 22,1 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 2,8 sentner çoxdur. Orta məhsuldarlıq göstəricisinin mövsümün sonunda daha da artacağı gözlənilir.
Qeyd edək ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. 2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib.
Tütün üzrə orta məhsuldarlıq Şəkidə 34,4 sentner, Qaxda 15,3 sentner, Oğuzda 20,4 sentner təşkil edir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.
Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, fermerlərə qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə isə 5 manat məhsul subsidiyası ödənilir.
Tədarükçülər fermerlərdən təhvil aldıqları tütün məhsulu ilə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrinin və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edirlər. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür.
Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin yaxın günlıərdə başa çatması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























