970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Tariflər iki dəfədən çox aşağı salınıb”

Kapital bazarında tarif rejiminin optimallaşdırılması nəticəsində Bakı Fond Birjasında listinqə müraciətlər artmışdır
AzVak-mobil_resmin_ustu_31
“Tariflər iki dəfədən çox aşağı salınıb”
iç səhifə xəbər şəkil altı (mobil)_32

Milli Depozit Mərkəzinin yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılmışdır.

Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, bu kapital bazarının tənzimlənən seqmentinin və şirkətlərin fond birjasında listinqə çıxışının təşviqi, eyni zamanda təkrar bazar əməliyyatlarının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Reklam_3_11

Yeni tarif rejimi çərçivəsində fond birjasında listinqdə çıxan şirkətlər tərəfindən Milli Depozit Mərkəzinə ödənilən tariflər iki dəfədən çox aşağı salınmış, həmçinin fond birjasında korporativ qiymətli kağızlarla təkrar bazar, marketmeyker və repo əqdlərinin qeydiyyatı üzrə Milli Depozit Mərkəzi tərəfindən investorlardan tutulan tariflər optimallaşdırılmışdır.

Nəticədə listinqdə daxil olmaq üçün Bakı Fond Birjasına müraciətlərin sayı artmışdır. Hesab edirik ki, kapital bazarında qəbul edilmiş yeni tarif siyasəti fond birjasında lisitinqə çıxan şirkətlərin sayının və aparılan əməliyyatların həcminin daha da artmasını təmin edəcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə Milli Depozit Mərkəzinin yeni xidmət haqları bu günlərdə təsdiq edilmişdir.

Kapital bazarı tarif
21.12.2020 11:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19