“ARAZ” şəbəkəsinə yeni icraçı direktor təyin olunub
“ARAZ” supermarketlər şəbəkəsində Müşahidə Şurası yaradılıb, şəbəkəyə yeni icraçı direktor təyin olunub.Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinə yeni icraçı direktor təyin edilib.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, bu vəzifəyə Rəşad İbrahimov gətirilib.
Qeyd edək ki, Rəşad İbrahimov peşəkar fəaliyyətinə 2004-cü ildə məhz Veysəloğlu Şirkətlər Qrupundan - “Veysəloğlu” MMC-də satış təmsilçisi olaraq başlayıb.
O, 2009-cu ildən etibarən “Veysəloğlu” MMC-də müxtəlif şöbələrdə satış müdiri vəzifəsində çalışıb, 2014-cü ildən isə “ARAZ” supermarketlər şəbəkəsinin komandasına qoşulub.
R. İbrahimov fəaliyyətini Bölgə müdiri, Format müdiri kimi davam etdirib. O, “ARAZ” supermarketlər şəbəkəsinin Azərbaycanda françayzinq hüququnu aldığı “Spar İnternational”ın müxtəlif ölkələrində pərakəndəçilik fəaliyyətlərinin öyrənilməsində, satış üzrə təlim və konfranslarında iştirak edib. 2019-cu ildən “ARAZ” supermarket MMC-nin Satış Əməliyyatları Departamentinin müdiri vəzifəsinə təyin edilib. 2020-ci il yanvar ayından etibarən isə fəaliyyətini supermarketlər şəbəkəsində Satış Əməliyyatları Direktoru və İdarə Heyətinin üzvü kimi davam etdirib.
Xatırladaq ki, indiyə qədər “ARAZ” supermarketlər şəbəkəsinin icraçı direktoru vəzifəsini almaniyalı peşəkar mütəxəssis Holqer Vagner icra edirdi. Lakin H.Vaqnerin “ARAZ”la 2 illik müqaviləsi artıq sona çatıb və o, bundan sonra Azərbaycandakı fəaliyyətinə “ARAZ”da yeni yaradılan Müşahidə Şurasının üzvü kimi davam edəcək. Qeyd edək ki, yeni yaradılan struktura Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri cənab Aydın Talıbov sədrlik edəcək.
“Qarşımıza hədəf qoymuşduq ki, “ARAZ” supermarketlər şəbəkəsini bazar lideri edəcəyik. 3 il əvvəl anladıq ki, biznesi çox böyütmüşük və yeni təcrübəyə ehtiyacımız var. Cənab Holqerə qədər bir neçə avropalı mütəxəssislə görüşdük, lakin “ARAZ”ın gələcək hədəfləri və komandamızla işləmək üçün məhz Holqer Vagneri seçdik. O da təklifimizi qəbul etdi və bizimlə əməkdaşlığa başladı. Komandamız cənab Holqerin təcrübəsi ilə birlikdə “ARAZ”ı daha da müasirləşdirdi və onu rəqabət qabilyyətli etməyə nail oldu. Supermarketlər şəbəkəmiz hüquqi və idarəetmə baxımından çox dəyişdi və Azərbaycanın ən öncül pərakəndə satış biznesinə çevrildi. Cənab Holqer öz missiyasını kifayət qədər uğurla həyata keçirdi. Komanda olaraq ondan son dərəcə razı qaldıq. O, bundan sonra da Müşahidə Şurasında bizimlə çalışmağa davam edəcək,” - deyə Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov bildirib.
Qeyd edək ki, H.Vaqner pərakəndə satış sahəsində 30 ildən çox uğurlu təcrübəyə malik beynəlxalq CEO-dur. O, Yunanıstan, İndoneziya, Küveyt və Rusiya kimi ölkələrdə iri supermarketlərdə direktor vəzifəsində çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 35 d. əvvəl
-
53 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!



























