PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
(®️) Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank “Black Friday” endirim mövsümü çərçivəsində kiçik və orta biznes sahiblərinə onlayn biznes kreditlərinə edilmiş müxtəlif endirim və güzəştlərdən yararlanmağı təklif edir.
26-30 noyabr 2020-ci il tarixlərində davam edəcək kampaniya daxilində onlayn biznes kreditinə müraciət edən sahibkarlar üçün komissiya xərclərinə 25% endirim tətbiq olunacaq və illik faiz dərəcəsi məbləğindən asılı olmayaraq 16.5% olacaq. Bundan əlavə, qeyd olunan tarixlərdə hesab açmaq və ilk ölkədaxili ödəniş tamamilə pulsuz olacaq. Həmçinin, müştərilər təkrar ödənişlərdə də əlavə pulsuz ödənişlər qazanmaq şansını əldə edəcəklər.
Mövcud vəziyyəti nəzərə alaraq onlayn satışa üstünlük verməyi planlaşdıran, lakin ödənişlərin onlayn qəbul olunması üçün saytı və ya mobil tətbiqi olmayan biznes sahibləri PAŞA Bankın “Linklə ödəniş” xidmətinə tətbiq olunan endirimlərdən yararlana bilərlər. Belə ki, kampaniya çərçivəsində mövcud müştərilər bu xidmət üçün hər ödənişə 50%-dək, yeni qoşulan müştərilər isə 10% endirim əldə edəcəklər.
Onu da qeyd edək ki, PAŞA Bankın xüsusi kredit şərtlərindən və endirim platformasından yararlanmağa, eləcə də mobil tətbiq ilə bank xidmətlərindən istifadə etməyə imkan verən yeni sərfəli əməkhaqqı layihəsi mövcuddur. Kampaniya müddətində PAŞA Bank əməkhaqqı layihəsinə yeni qoşulan müştərilər üçün 5 əməkhaqqı kartı pulsuz təklif olunacaq.
Məhsullar haqqında ətraflı məlumat əldə etmək və müraciət üçün https://pashabank.digital/login?utm_source=accounts_payments&utm_medium=email&utm_campaign=black_friday_2020 saytı vasitəsilə və ya PAŞA Bank Əlaqə Mərkəzi ilə əlaqə saxlayın: * 8123 / (+99412) 4965004
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
19 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 19 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
22 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
23 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















