Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
(®️) Azərbaycan Beynəlxalq Bankı pandemiya dövründə kiçik və orta biznesə dəstək məqsədilə daha bir kredit məhsulunun şərtlərini dəyişib. Bu, “İnvoysun maliyyələşdirilməsi” kreditidir. Dəyişikliyə görə, kreditin limiti ikiqat artırılaraq 500000-dən 1000000 manata çatdırılıb. İllik faiz dərəcəsi isə 3% endirilib.
Kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən kiçik və orta sahibkarlara Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 90%-dək kredit limiti ayırır.
“İnvoysun maliyyələşdirilməsi” kreditinin özəllikləri:
• Kreditin məbləği – 1 000000 manatadək
• Kredit limitinin müddəti - 12 ayadək
• İllik faiz dərəcəsi - 12%-dən başlayaraq
Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu link üzərindən onlayn qaydada sifariş etmək olar. Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın İBA Link xidmətindən faydalanaraq öz elektron ticarət sistemlərini qura, məsafədən satışlar həyata keçirərək ödənişlərini onlayn qaydada qəbul edə bilərlər.
Azərbaycan Beynəlxalq Bankının Korporativ bankçılıq üzrə baş direktoru Nərgizxanım Biləndərli bildirib: “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtlərini dəyişməyimiz sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaradacaq. Bizneslərin inkişafına təkan verəcək. Kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
18 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 18 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
20 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
21 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)


