Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı!
(®️) Yenilməz Ordumuzun qazandığı şanlı qələbə ilə bir daha torpaqlarımızın bütöv, bölünməz olduğunu və xalq olaraq birliyimizi hər kəsə sübut etmiş olduq.
Hesab.az da, xalqımızın Qələbə sevincinə daha bir sevinc qatmaq məqsədiylə 10 Noyabr tarixindən etibarən “2QAT Sevinc” kampaniyasına başladı. Kampaniya 10- 22 Noyabr tarixlərində nəzərdə tutulurdu. Nəhayət 20 Noyabr tarixində qəlblərimizi böyük qürur və fəxarət hissi ilə dolduran, Ağdamın işğaldan azad olunması xəbərini bayram etdik və bir daha Qələbə sevincimiz yeniləndi. Xalqımızın sevincinə töhfə vermək və sevinclərini 2 qat artırmaq üçün ay sonuna kimi kampaniya tarixi uzadıldı və hələ də iştirak edə bilməyən istifadəçilərə bu fürsətdən yararlanmaq imkanı yaradılmış oldu. Beləliklə də, 10 Noyabrdan etibarən başlayan kampaniyada son iştirak tarixi 30 Noyabr olacaq. Tələsin və hələ də gec olmadan kampaniyada iştirak edin!
Belə ki, kampaniya çərçivəsində Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər 10-30 Noyabr tarixlərində etdikləri ödənişlər üçün iki qat Bonus yaxud Hesab Koin qazanacaqlar. Ətraflı: https://bit.ly/35dcRrA
Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim edilir və Hesab.az-da qeydiyyatlı olan yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar. Ödənişləri müqabilində bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.
“Qazananlar Klubu”-nun yaxşı tərəflərindən biri də odur ki, istifadəçilər Hesab.az-da seçimlərini hər zaman dəyişə bilərlər, lakin qazandıqları bonuslar və Hesab Koinlər bu dəyişiklikdən heç bir şəkildə təsirlənmir .
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
21 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 21 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















