Bakıdakı “Təzə bazar” köçürüləcək, yerində yenisi tikiləcək
Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək.
Bunu açıqlamasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Qurban İsmayılov bildirib.
“Təzə bazar”ın özəl şirkətə məxsus olduğunu söyləyən Q. İsmayılov bazarda icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarların şirkət tərəfindən 3 yerə köçürüləcəyini nəzərə çatdırıb.
Onun sözlərinə görə, ticarətçilərin bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir hissəsi “Təzə bazar”la üzbəüz “Afcentr”, bir hissəsi isə Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AfkomPlaza” ticarət mərkəzlərinə köçürüləcək:
““Təzə bazar”da 751 ticarət obyekti olub, onların hamısı həmin 3 məkandan birində yerlə təmin olunacaq. Şirkət özü öz vəsaiti hesabına “Təzə bazar”ın yerində 3 hektar ərazidə müasir tələblərə cavab “Təzə bazar” inşa edəcək. Relyeflə əlaqədar tikiləcək ticarət mərkəzi Səməd Vurğun küçəsi tərəfdən ikimərtəbəli, Mərdanov qardaşları küçəsi tərəfdən isə üçmərtəbəli olacaq. Tikinti işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni “Təzə bazar”da ticarətçilər üçün hər cür şərait yaradılacaq. Bu gün köçürülən ticarətçilər də könüllü əsasda yenidən istifadəyə veriləcək “Təzə bazar”a qayıda biləcəklər”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 35 d. əvvəl
-
53 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!




























