Azərbaycanda ən kompakt və sərfəli iPhone-un satışları başlayır - QİYMƏT
(®️) 20 noyabrdan Azərbaycanda Apple-ın yeni flaqman xəttinin ən kompakt və sərfəli smartfonu olan iPhone 12 mini-nin satışları başlayacaq.
Bu model haqqında nə bilməliyik? Kompakt ölçünün içində nə gizlənir? Qiyməti nə qədər olacaq? Bu sualları materialda cavablandırırıq.
Kiçik ölçülü smartfon həvəskarları üçün stil ikonası olan iPhone 12 mini təqdimatından dərhal sonra dünyada milyonlarla Apple pərəstişkarının arzusuna çevrildi. Və bu təəccüblü deyil, çünki bu gün mobil bazarında bu qədər kompakt korpusda top xüsusiyyətləri birləşdirən yeganə smartfon modelidir. iPhone 12 mini, "böyük model" iPhone 12 ilə bacarıqları eynidir, lakin daha kiçikdir, ələ mükəmməl oturur və istənilən cibə asanlıqla yerləşir.
iPhone 12 mini 5.4 düymlük OLED ekrana sahibdir ki, dərin qara rəng, yüksək detallar və bütün işıqlandırma şəraitində kontrast rənglərlə sizi heyrətləndirəcək. Yeni zərif dizayn yuvarlaq kənarları təmiz düz xəttlər və yeni texnologiyalarla əvəz edir. Smartfonun korpusu alüminiumdan hazırlanıb və ön panel telefon düşdükdə ekranı zərərdən dörd dəfə daha yaxşı qoruyur.
Əsas kamerada 12MP geniş və ultra geniş kənarlı obyektivləri olan 2 modulu var. Yeni kamera, gecə və gündüz mükəmməl foto və video çəkilişləri üçün daha çox işıq tutmağı bacarır.
Yeni iPhone 12 mini-nin gücü və performansı inanılmaz hesablama fotoqrafiyası, oyun konsolu səviyyəsində oyun prosesi keyfiyyətli və əla avtonomluqu ilə A14 Bionic çipseti ilə təchiz edilmişdir.
İPhone 12 mini 4 GB operativ yaddaşa sahibdir. Batareya tutumu 15 saatlıq video izləmə və 50 saatlıq audio dinləmə üçün kifayətdir. iPhone 12 mini, 30 dəqiqəyədək 6 metr dərinlikdə suya davamlıdır və təsadüfən üzərinə qəhvə və ya qazlı su töksəniz ona ziyan dəyməyəcək.
Keçək əsas məsələyə!

İPhone 12 mini rəsmi resellerlərdən alındıqda qiyməti 1969 AZN-dən başlayacaq.
Apple-ın avtorizə olunmuş mağazalarında yeni məhsulu sərfəli qiymətə almaq üçün tələsin:
Şəhərinizdəki Alma Store, Kontakt Home, MyShops, World Telecom, Azercell mağazalarında. Mallın miqdarı məhduddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 d. əvvəl
-
- 34 d. əvvəl
-
52 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!



























